Paşinyandan separatçılara ağır zərbə
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
09:28 | 20 fevral 2019 | Çərşənbə
Məqaləyə 1253 dəfə baxılıb
Şriftin ölçüsü
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Ermənistanın 100 milyonluq silah krediti çərçivəsində 2019-cu ilin sonları-2020-ci ilin əvvəllərində Rusiyadan 4 ədəd Su-30SM qırıcısı almaq niyyətində olduğu barədə yazmışıq. “Ümumilikdə 12 belə təyyarənin alışı arzu ediləndir” - düşmən ölkənin müdafiə naziri David Tonoyan bildirib. Lakin bu hərbi maşınların Ermənistana tədarükünün məqsədəuyğunluğu ilə bağlı işğalçı ölkədə birmənalı mövqe yoxdur.
“Ermənistanın Rusiyadan SU-30SM qırıcıları alması havayı pul xərcidir”. Bu sözləri erməni hərbi ekspert Van Ambarsumyan tert.am portalına açıqlamasında deyib. “Azərbaycanın Hava Hücumundan Müdafiə Sistemi (HHMS) o qədər güclüdür ki, 4 ədəd SU-30SM-in alınması, hesab edirəm ki, artıq pul itkisidir. Bundan əlavə, həmin qırıcılar Rusiyadan bura gəlib çıxanadək artıq köhnələcək”, - deyə o xəbərdarlıq edib.
Erməni hərbi ekspertin sözlərinə görə, Rusiyanın Malayziya və Hindistana satdığı SU-30MK və SU-30MKM qırıcıları İrəvana təklif olunan SU-30SM-lə müqayisədə daha mükəmməldir. “Hərbi təyyarəçilərin, texniki xidmət personalının hazırlanması da az vaxt aparmayacaq, halbuki Azərbaycan artıq Belarus modifikasiyalı və istismar üçün asan olan 16 qırıcıya malikdir”, - deyə o əlavə edib.
* * *
Qeyd edək ki, bir ara erməni tərəfi istismarı rusların nəzarətində qalmaq şərtilə Rusiyadan İrəvana verilən bir neçə “İsgəndər M” raket kompleksinə görə az qala eyforiya yaşayırdı. Lakin az sonra Azərbaycanın ondan heç də geri qalmayan və daha modern sayılan Belarus istehsallı “Polonez” sistemlərini almaq barədə Minsklə anlaşması İrəvanda pərtlik qarışıq, narahatlıq yaratdı. Həm də o səbəbdən ki, Bakı HHMS-ni gücləndirmək üçün təkcə Rusiyadan və Belarusdan deyil, qardaş Türkiyə, İsrail və Pakistandan da müasir döyüş sistemləri əldə edir. Elə bu günlərdə Azərbaycanın silahlanmasına Türkiyə istehsalı olan “SOM - 1B” qanadlı raketləri daxil olub ki, bu da düşmən ölkədə təlaşı artırıb. Erməni hərbi ekspertlərin fikirləri bunu təsdiq edir.
Yenə bu günlərdə İsrailin “Aeronautics Defense Systems Ltd.” şirkəti Azərbaycanla 13 milyon dollar dəyərində yeni müqavilə imzalayıb. Müqavilə “Orbiter 1K” kamikadze-dronlarının “təmir işlərini” nəzərdə tutur və iki il ərzində yerinə yetirilməlidir. Başqa sözlə, Azərbaycanın hava qüvvələrinin bu il daha modern səviyyəyə qalxması gözlənilir. Bundan əlavə, Azərbaycanın İsraildən “Dəmir günlər” raketdən müdafiə sistemi ilə bağlı anlaşma əldə etdiyi bildirilir - hansı sistemlərə ki, hətta indi ABŞ da maraq göstərir.
Hərbi ekspertlər isə müasir dövrdə müharibənin taleyinin məhz hərbi hava qüvvələrinin həll etdiyi qənaətindədir. Azərbaycanın bu xüsusda özünün hərbi-hava qüvvələrini durmadan gücləndirməsi, onu yeni-yeni müasir sistemlər və işğalçının qorxulu röyası olan PUA-larla - kamikadze-dronlarla zənginləşdrməsi təbii ki, düşməni təlaşda saxlamaya bilməz. Ermənistan isə belə sistemləri bazar qiymətinə almaq iqtidarında deyil və işğalçı ölkənin yeni rəhbərliyi də Moskvanın əlinə baxmaq zorundadır.
Ancaq Moskva heç kimə ucuz silahı boşuna vermir. Elə ucuz qaz da. Erməni politoloq Vaqe Davtyanın qeyd elədiyi kimi, əgər bu il ərzində Moskva-İrəvan münasibətlərində neqativ tendenysiya olmasa, ola bilsin, Ermənistana satılan Rusiya təbii qazının qiyməti bazar qiymətindən aşağı olsun. Yəni siyasi faktor məsələsi...
* * *
Populist baş nazir Nikol Paşinyan isə əksər iqtisadçı ekspertlərə görə, öz qarşısına çatılması heç vaxt mümkün olmayan hədəflər qoyub. Onlardan biri də yaxın 5 ildə işğalçı ordunun gücləndirilməsi ilə bağlıdır. “Ermənistan silahlı qüvvələrinin gücləndirilməsi lazımdır və bunun üçün 2,5 milyard dollara ehtiyacımız var”. Nikol Paşinyan bunu Nazirlər Kabinetinin toplantısında demişdi. Onu da bildirmişdi ki, əlavə maliyyə mənbələri tapmaq üçün ciddi səy göstərmək lazımdır.
“Biz demişdik ki, qarşıdakı 5 il ərzində ordunun inkişafına 2,5 milyard dollar sərf etməliyik”, - Paşinyan çıxışında söyləmişdi. O, həmçinin ölkənin hərbi sənayesinin inkişaf etdirilməsinə ehtiyac olduğunu demişdi. Ötən həftə isə Nikol Paşinyan hökumətin proqramını parlamentə təqdim edən zaman bildirdi ki, “Ermənistan, iqtisadi inqilab (oxu: iqtisadi möcüzə - “YM”) lazımdır”. Bu sözlər də hətta ən nikbin erməni iqtisadçı ekspertlərdə istehza doğurdu.
Məntiqlidir. Çünki “halva-halva” deməklə ağız şirin olmur. Ordunu gücləndirmək, onun maddi-texniki bazasını, hərbi təchizatını yaxşılaşdırmaq, yerli hərbi sənaye kompleksini yaratmaq, işğal altındakı torpaqları nəzarətdə saxlamaq üçün böyük vəsait lazımdır. Ordusuna düz-əməlli çağırışçı tapmayan Nikol Paşinyan pulu bəs haradan tapacaq? Ümumiyyətlə, iki əsas qonşu - Azərbaycan və Türkiyə ilə anlaşmadan, blokada vəziyyəti dura-dura, üstəlik, Qarabağla bağlı absurd və həyasız bəyanatlar verə-verə “iqtisadi inqilabi”, iqtisadi möcüzəni o, necə təsəvvür edir, görəsən?
Xatırladaq ki, Ermənistanın hərbi büdcəsi ötən illə müqayisədə 17.6 faiz aşağı düşüb. Bu il onun daha da azalacağı gözlənilir...