Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
13:50 | 5 iyul 2019 | Cümə
Məqaləyə 2426 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
İnternetdə Ermənistanın baş naziri Nikol Paşinyanın adından NATO-nun Baş katibi Yens Stoltenberqə yazılmış məktub yayılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin məktubda Paşinyanın adından Ermənistanın NATO ilə yaxınlaşmaq niyyəti ifadə olunur və buna maneə yaradan əsas səbəbin-Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyi deyilir. Paşinyan guya vəd edir ki, bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq, işğal edimiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılacaq.
“Ermənistanın NATO-ya yaxınlaşmasının yolunda əsas maneə erməni qoşunlarının Azərbaycanla mübahisəli ərazilərdə iştirakıdır. Bu maneə bir il ərzində aradan qaldırılacaq. Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çıxarılmasına və ərazilər üzərində nəzarətin Azərbaycan tərəfinə verilməsinə dair işlənib hazırlanmış plan çərçivəsində Yerevanın Dağlıq Qarabağı bundan sonra dəstəkləməsinin məqsədəuyğunluğu barədə ümumxalq referendumunun keçirilməsi təklif olunacaq”, - məktubda deyilir.
Məktub iyulun 1-də hansısa Artur Qriqoryanın adından Gosnews.ru adlı saytda “Ermənistanda yeni inqilab qaçılmazdır” başlıqlı şərhi ilə yerləşdirilib. Şərhdə deyilir ki, Paşinyan hakimiyyətə gələndən bəri verdiyi vədlərə əməl edə bilməyib, üstəlik Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır. Həmin müəllif məktubun yerləşdirildiyi keçidi məqaləyə daxil edib: