
«Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borcludur»
Aqil Abbas: «Uşaqlar dedi ki, ata gopa basır»
Aqil Abbas: «Uşaqlar dedi ki, ata gopa basır»
Məktəbliləri yad təsirlərdən necə qoruyaq?
Ağdaş məktəblisinin intiharında qorxulu versiya, təhlükə qapıdadır
Psixoloq: «Bəzən valideyn düşünür ki, uşaq evdədir və ciddi problem yoxdur, amma ...»
Bakı məktəblilərinin qollarında şübhəli sıyrıqlar aşkarlandı
Aqil Abbas söyüş söyənlərə baş qoşmadı
Deputat Azərbaycan çempionatını «Bakı birinciliyi» adlandırdı
«Siqaret qadağası» onları üz-üzə qoydu
Aqil Abbas: «Mənim atamın goruna sosial şəbəkələrdə 932 nəfər söymüşdü»
Siqaret çəkən deputatlar onu tərgitmək istəmirlər
«Bu, müharibədir, əlbəttə, şəhid verilməlidir»
Deputat özü haqda məlumatları dövlət sirri sayır?
Deputatın rəis oğlunun döydüyü polis mayor danışdı
Nazirliyin açıqlaması daha çox təkzibə oxşayır
Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasovla həmin bölmənin işçisi, polis mayoru Bağır Səlimov arasında dava düşüb.
Bu barədə «Qafqazinfo»ya məlumatı adıçəkilən bölmənin əməkdaşları veriblər. Onlar bildiriblər ki, davanın baş verməsinə səbəb Bağır Səlimovun Suraxanı rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimovun qəbuluna öz rəisi Tuncay Abbasovdan xəbərsiz getməsi olub.
Qəbuldan çıxandan sonra Tuncay Abbasov Bağır Səlimovu döyüb. Hadisə kameraların yaddaşına da düşüb. Tuncay Abbasov hadisənin bilinməməsi üçün şahidlərdən xahişlər edib.
Hadisənin şahidləri deyir ki, döyülən Bağır Səlimov Qarabağ müharibəsi veteranıdır.
«Qafqazinfo» Bağır Səlimovla da əlaqə saxlayıb. Lakin mayor hadisənin baş verdiyini təsdiqləsə də, bu barədə nazirliyin araşdırmasından sonra danışacağını deyib:
«Tuncay Abbasov özünü çox böyük aparır. Heç kimi saya salmır. Deyir ki, mən nazirin qucağında böyümüşəm. Mənə kimsə nəsə edə bilməz. Nazirliyə də müraciət etmişəm. Hadisə araşdırılır. Bizim tabe olduğumuz nazirlik var və mən şikayətimi etmişəm. Məsələnin də obyektiv araşdırılacağını inanıram»
Qeyd edək ki, sözügedən bölmənin rəisi Tuncay Abbasov Milli Məclisin deputatı Aqil Abbasla , «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncayın oğlu, Məmməd Arazın nəvəsidir.
Məsələ ilə bağlı «Qafqazinfo» T. Abbasovun da mövqeyini öyrənməyə çalışsa da bu mümkün olmayıb.
***
Məsələyə Aqil Abbas da münasibət bildirib. «Qafqazinfo» xəbər verir ki, o, AzNews.az-a açıqlamasında oğlu Tuncayın həmin şəxsi döydüyünü deyil, sadəcə dalaşdığını bildirib:
«Düzdür, eşitdiyimə görə onların aralarında mübahisə olub. Onu danlayıb. Amma o yazılanların biri də həqiqətə uyğun deyil».
Onun sözlərinə görə, iş prosesində belə hadisələr hər gün baş verə bilər: «İş prosesidir, mübahisə düşməsi normal şeylərdir. Amma döymək məsələsi kökündən yalandır. Mənim oğlum adam döyəndi? Onu yazanlar zəng vurub həmin rayonun polis bölməsindən öyrənə bilərlər.