“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
16:35 | 14 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 2077 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
“Atletiko”da “Axillesin dabanları” haradır?
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
“Bu mərhələdə potensial rəqiblərimiz arasında ən güclülərdən biri “Lex” idi. “Lex” bu il yaranışının 100 illiyini qeyd etdiyindən, 2022-ci ilə xüsusi yanaşır. Əbəs yerə deyil ki, 7 il sonra Polşa çempionu oldular. Bu komanda da püşkdə bizə rəqib oldu”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi barədə klubun rəsmi saytına danışarkən deyib.
50 yaşlı mütəxəssis Çempionlar Liqasında zəif komandanın olmadığını xatırladıb: “Bütün komandalar öz ölkələrinin çempionlarıdır. Avrokuboklarda iştirak edən komandaların təcrübəsi çoxalıb. Hər bir rəqib həm klub, həm də komanda olaraq çox ciddi hazırlaşır. Hamısı anlayır ki, bu turnirdə uğurlu çıxış etmək həm gələcək perspektivləri baxımından vacibdir, həm də maddi üstünlüklər əldə etmək olar”.
Qurbanov hər bir rəqibə olduğu kimi, “Lex”ə qarşı da ciddi yanaşacaqlarını bildirib: “İnanıram ki, püşkdə bu rəqibin düşməsi bizi və futbolçuları daha da məsuliyyətli edəcək. Futbolçuların çoxunun istirahətə vaxtı yoxdur. Öncə bu rəqibə qarşı öz idman formamızı yaxşılaşdırmalıyıq. Çalışacağıq ki, ən düzgününü, doğrusunu edək. Həqiqətən çox ciddi rəqibdir. Az vaxtda çalışmalıyıq ki, rəqibə qarşı çox düzgün hazırlıq keçək”.
Qeyd edək ki, “Qarabağ” ilk oyununu 5-6 iyulda səfərdə, cavab görüşünü 12-13 iyulda evdə keçirəcək.