Öz kökü üstündə bitən ot
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
17:24 | 17 mart 2014 | Bazar ertəsi
Məqaləyə 2961 dəfə baxılıb
Şriftin ölçüsü
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
“Boz kardinal”a sitayiş edənlərin siyahısı
Prezident Ramiz Mehdiyevi yüksək qurumdan çıxardı
Ramiz Mehdiyevin ailə üzvlərinə məhdudiyyət qoyulub
Ramiz Mehdiyev ev həbsini məşhur “təxribat villası”nda çəkmirmiş
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub; cinayət işinin detalları
Qaldı “Yastı Salman”larla, “Lal Hüseynlər”
“Boz kardinal”ın daxildəki “Ohanyan xətti” necə darmadaöın edildi
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Azərbaycanda iqtidar və partiyalar arasında konstruktiv əməkdaşlıq
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
«Bu kimi təşkilatlarla əməkdaşlıq yox, onların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır»
İndiyə qədər «Freedom House», «Human Rights Watch», «Amnesty İnternational», «Transparency İnternational» kimi təşkilatlar Azərbaycana qarşı ikili standartlardan istifadə ediblər, yalan məlumatlar əsasında hesabatlar hazırlayıblar.
Virtualaz.org «Trend»-ə istinadən bildirir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının ilk iclasında komissiyanın proqramına münasibət bildirərkən deyib.
F.Ələsgərov qeyd edib ki, «Freedom House», «Human Rights Watch», «Amnesty İnternational», «Transparency İnternational» kimi təşkilatlarla əməkdaşlıq yox, bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır: «Hesab etmirəm ki, bu təşkilatlarla əməkdaşlıq uğurlu ola bilər. Zənnimcə, biz mövqeyimizi dəyişməliyik».
O, eyni zamanda, YAP-ın beynəlxalq əməkdaşlıq coğrafiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb. PA rəsmisi bildirib ki, əməkdaşlıq coğrafiyasına nəinki Cənubi Amerika ölkələrini, eləcə də bütün Amerika ölkələrini daxil etmək lazımdır: «Avropa ölkələrinə gəldikdə, biz burada yanaşmanı iki istiqamətdə qurmalıyıq - Qərb ölkələri və Şərq ölkələri. Mərkəzi Asiya ölkələrinə gəldikdə isə Orta Asiya ilə də əlaqələri genişləndirmək lazımdır».
Qeyd edək ki, YAP Beynəlxalq əlaqələr komissiyasının proqramında insan hüquqlarının müdafiəsi ilə məşğul olan «Freedom House», «Human Rights Watch», «Amnesty İnternational», «Transparency İnternational» kimi beynəlxalq qeyri-hökumət təşkilatları, həmçinin Avropada, Mərkəzi və Şərqi Asiyada bu sahədə fəaliyyət göstərən digər QHT-lərlə əməkdaşlıq edilməsi qeyd olunub.