Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:24 | 25 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 1659 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-la Çin arasındakı gərgin münasibətlərə və kəşfiyyat qalmaqallarına biri də əlavə olunub. ABŞ-ın Federal Təhqiqatlar Bürosu Çinin “Huawei” telekommunikasiya şirkətinin avadanlığının ABŞ ordusunun məxfi məlumatlarını, o cümlədən ölkənin nüvə arsenalına aid olan məlumatları ələ keçirmək və Pekinə ötürmək qabiliyyətinə malik olduğunu müəyyən edib.
Çin şirkətinin məxfi məlumatları əldə etməsi barədə konkret məlumat yoxdur. Buna baxmayaraq, təsdiq olunub ki, “Huawei” telekommunikasiya şirkəti ABŞ-da quraşdırdığı avanadanlıqlar vasitəsilə məxfi məlumatları əldə edə bilərdi. Şirkətin rəhbərliyi ittihamları rədd edib. ABŞ-ın CNN televiziya kanalının araşdırmasına görə isə Çin şirkəti ABŞ-ın nüvə silahıyla bağlı məxfi məlumatları əldə edib.
ABŞ Federal Təhqiqatlar Bürosu Çin şirkətiylə bağlı araşdırmalara hələ Barak Obamanın prezidentliyi dövründən başlayıb. Araşdırma o dərəcədə məxfi şəraitdə aparılıb ki, Ağ Ev administrasiyasın bu haqda yalnız 2019-cu ildə məlumatlandırılıb. Görünür, məxfi araşdırma aparan Federal Təhqiqatlar Bürosu məlumatın sızaraq Çinə ötürülə biləcəyindən ehtiyat edib.
ABŞ “Huawei” telekommunikasiya şirkətinə qarşı sanksiyaları 2018-ci ildən qəbul edib. ABŞ-ın dövlət strukturlarına Çin şirkətinin avadanlıqlarından istifadə qadağa olunub. Bu qənaətə gəlinib ki, “Huawei” özəldən çox Çin Xalq Ordusu komandanlığının əmrlərini yerinə yetirən şirkətə çevrilib.
Hazırki qalmaqalın uzun tarixçəsi var. “Huawei” şirkəti ABŞ-da fəaliyyətə başlamadan əvvəl də iki ölkə arasında oxşar gərginliklər yaşanıb. ABŞ 1990-cı illərin başından Çin dövlətini texnologiyalarını oğurlamaqda ittiham edir. Çinli alimlər ABŞ-da ixtisaslarını artırmaq adıyla müxtəlif şirkətlərdə işə düzəlir və Pekindən alıdqları təlimat əsasında çalışdıqları yerlərin texnoloji sirlərini ölkələrinə ötürürmüşlər. ABŞ-da bununla bağlı yüzlərlə cinayət işi açılıb.