Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
14:57 | 1 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 2074 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
“Özgə atına minən tez düşər” məsəlini günümüzdəki siyasi proseslərlə eyniləşdirməli olsaq, onu “özgə çətiri altına girən tez islanar” kimi də qeyd edə bilərik.
Bəli, islanar! Necə ki, Nikol Paşinyan Soçidə prezident iqamətgahının qarşısında maşından düşər-düşməz özünü Vladimir Putinin çətiri altına verdi. Amma Rusiya liderinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçirilən üçtərəfli görüşdən sonra çox keçmədi, yekun bəyanatda məlum oldu ki, Paşinyan nəyi var islanıb, quluncu da batıb (Paşinyan yekun bəyanata Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də bəyanatda əksini tapmasına çalışıb. Sərt reaksiyanı görən Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Lakin onun bu cəhdi də nəticə verməyib). Daha konkret desək, Paşinyanın ərköyünlüyü bu dəfə də erməni xalqı üçün baha başa gəldi. Onun bu qan(m)azlığı ucbatından bütün Ermənistan “virusa” yoluxub: Adı bilinməsə də simptomlarını ötən gün Nikolda yenidən hiss etdik.
Əslində Ermənistan baş naziri bu görüş üçün kifayət qədər immunitet toplamışdı. Onun Soçi səfərindən qabaq Rusiyanın əlini gücləndirən (“Rusiya sülhməramlılarının vəzifələrini davam etdirmələrini istəyirik. Mən Soçidə sülhməramlıların mandatını 10, 15-ə qədər uzadacaq sənədi imzalamağa hazıram. Bu, 20 il də çəkə bilər”) bəyanatları budəfəki səfərin rəsmi İrəvan üçün uğurlu olacağına ümid işartılarını artırmışdı.
Amma Putin-Paşinyan görüşündən sonra Əliyevin Kreml rəhbəri ilə təkbətək görüşü zamanı (Ali baş komandan İlham Əliyev: “Qarabağ münaqişəsi artıq tarixdir, o, 2 il əvvəl həll olunub!”) hücum gedişi, Ermənistan rəhbərliyi üçün “Domokl qılıncı” effekti verdi. Kürəyinə saplanan qılıncı çıxarmaq üçün özünü Soçidəki prezident sarayının divarlarına sürtən Paşinyan yaranı daha dərin etdi.
Yəqin fərqli-fərqli dövlət başçılarının isti qucağı onun üçün yad olmayan Paşinyanın belə tezlikdə manevr “potensialı”nı nümayiş etdirən son “çətiraltı” gedişindən sonra Qərb də təəccübünü gizlədə bilməyəcək. Bu isə Paşinyan üçün elə son “gediş” də ola bilər.
Ondan fərqli olaraq Əliyev Putinlə yağmurlu-sazaqlı havadakı görüşə öz çətiri altında gəldi, ən əsası fərqli rəngdə. Azərbaycan lideri bununla lazımı dairələrə, dövlətlərə mesaj verdi ki, Azərbaycan nəinki kimsənin çətiri altında özünə sığınacaq axtarmır, hətta istəsəniz Azərbaycanın çətirinə sığına da bilərsiniz. Bunun üçün imkanımız və səbəbimiz var. Ən azından Azərbaycanın çətiri başınızın üstündəki qara çətir kimi sizin qara buludunuza çevrilməyəcək.
Soçi görüşü öncəsi Ermənistan baş nazirini nə səsləndirdiyi bəyanatlar, nə də Putinin çətiri gələcəyə ümidli baxmasına yetdi. Çünki Üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanatda Ermənistanın maraqlarından irəli gələn heç bir məsələ əksini tapmadı. Bir sözlə, Soçi sənədi Paşinyan hökümətinin növbəti diplomatik məğlubiyyəti kimi tarixin yaddaşına köçdü.