
Saxta arayışı böhranı
Fransada şirkətlər xüsusi detektiv tutur
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Paris 2024 Yay Olimpiya Oyunlarının açılışında Cənubi Koreya idmançılarının Şimali Koreyalı kimi təqdim edilməsi Seul administrasiyasının reaksiyasına səbəb olub. “Yonhap” agentliyinin xəbərinə görə, Paris Olimpiadasının açılışında idmançıların paradı zamanı Cənubi Koreya səhvən Şimali Koreyanın rəsmi adı olan “Koreya Xalq Demokratik Respublikası” kimi təqdim edilib.
Cənubi Koreya İdman Nazirliyindən verilən açıqlamada hadisənin təəssüf doğurduğu bildirilib və məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla görüş istənilib.
Açıqlamada BOK-dan buraxılan səhvə münasibət bildirilməsi istənilib və əlavə edilib: "Biz də Xarici İşlər Nazirliyindən Fransaya hökumət səviyyəsində ciddi şikayət tələb etdik. Koreya İdman və Olimpiya Komitəsi oxşar halların təkrarlanmasının qarşısını almaq üçün Paris Olimpiadasının Təşkilat Komitəsinə müraciət edib”.
Cənubi Koreyanın Paris Olimpiadasının missiyasının rəhbəri Conq Qanq-Sun da ölkəsinin etirazını BOK-a çatdıracaq. Fransız əlifba sırası ilə 153-cü ölkə olaraq parada qatılan Şimali Koreya düzgün şəkildə tanıdılıb.
Bu arada, BOK-un Koreya dilli rəsmi “X” hesabındakı yazısında, “Açılış mərasimində Cənubi Koreya nümayəndə heyətinin təqdimatı zamanı baş vermiş səhvə görə dərindən üzr istəyirik” ifadəsi işlədilib. Bununla belə, BOK hələ də ingilis sosial media hesabında üzr istəməyib.