
Siyasi rəqibə həbs hədəsi
İndi Ərdoğanı qınayanlar o vaxt Baydenə ləbbeyk deyirdilər
İndi Ərdoğanı qınayanlar o vaxt Baydenə ləbbeyk deyirdilər
Azərbaycanın maraqları fonunda görünən hadisələr
Ərdoğan: “Əgər danışacaq olsaq, Türkiyə-Avropa Birliyi əlaqələrindən danışaq”
Yaxud İmamoğlunun öngörmələri və Yavaşın sanşı
Azərbaycanın qələbəsindən sonra simasını dəyişmək məcburiyyətində qalan ...
Qonağı qarşılamaq mədəniyyətdir
“Le Point” jurnalı “Yeni dünya nizamı” adlı xüsusi buraxılış dərc edib
Türkiyənin oyuna daxil olması əli ilə bərabər, risklərini də gücləndirir
Ərdoğan Qərbin tək qoyduğu Zelenskini öz çətiri altına aldı
Ukrayna prezidenti sabah Ankarada Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək
Ərdoğan Malayziya baş naziri ilə hədiyyə etdiyi TOQQ-da səyahət etdi
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
Baydenin şam yeməyinə qatılmayıb
“Sərhədlərində miqrantlara qarşı insan haqları pozuntusu faktları effektiv şəkildə araşdırılmır”
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Rəsmi Paris hər ailəyə 7150 avro təzminat ödəyəcək
Bu gün Türkiyə Baş Naziri Erdoğan, riyakarlıqdan və təqqiyədən uzaq, Avropa İttifaqına Türkiyənin namizədliyi baxımından olduqca vacib sözlər deyib: «Konstitusiya Məhkəməsinin qərarına hörmət bəsləmirəm. «Twitter» məsələsi də ticari bir işdir, bunun söz azadlığı ilə əlaqəsi yoxdur». Əslində hər siyasətçi, 21-ci əsrdə bu sözü demə cəsarətini özündə görməz. Bəlkə də haqlıdır?!
Məhkəmə nəzarəti, bir cəmiyyətdə gedən
proseslərin hüquqiliyini yoxlayan mexanizmdir; hüququn aliliyi və mühafizəsi
onunla həyata keçirilir. Məhkəmə, hüququn nə olduğunun ən son deyildiyi yerdir.
Məhkəmələrin də səhv etmə ehtimalı nəzərə alındığına görə, onlar arasında da
bir dərəcələnmə olur; ölkəyə görə ən yuxarı məhkəmə, ya Ali Məhkəmə, ya da
Konstitusiya Məhkəməsi olur.
Qanunvericiliyin tanıdığı hüquqlar
müxtəlifdir, bunların ən alisi də insan hüquqlarıdır. İnsan hüquqları, şəxsin
öz azadlığının həyata keçirməsinin vasitələridir. İnsan hüquqları ən yüksək
qoruma dərəcəsinə sahib olur, siyasi iqtidarlar da buna hörmət bəsləmələridir.
İnsan hüquqları bu qədər vacib olduğuna görə, bunların qorunması Avropa
ölkələrində Konstitusiya Məhkəmələrində olur.
Terry Davisi azərbaycanlılar unutmayıb,
onun bir sözü çox xoşuma gəlir. Ağsaqqal AŞ Baş Katibi Davis demişdi ki, «İnsan
hüquqları arasında iyerarxiya yoxdur; amma olsaydı, bu iyerarxiyanın ən üstündə
söz azadlığı olardı». Yəni deyir ki, ««Twitter» mwitteri» və bənzər şeyləri
digər azadlıqlardan üstün sayardım. Amma Terry Davis kimdir ki? Pis kafir,
əxlaqsız avropalı. O nə bilər ki, «milli əxlaq» nədir? Axı bu ««Twitter»
mwitteri» insanın özəlinə girir, özəlinə!
Əslində Konstitusiya Məhkəməsi, həmişə
uğurlu qərarlar vermir. Mənim 40 yaşım var, hüquq elmini 22 ildir öyrənirəm,
nadir hallarda da Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını da çox uyğun,
ya da yerinə düşən görmürəm. Amma mən, alimlik dərəcəsində sahib olduğum hüquq
təhsilim ilə AİHM hakimlərinin qərarları haqqında «yersiz» deyə bilsəm də, o insanların
ağlına və yaşına əlbəttə ki hörmət göstərirəm. Başqa bir sözlə, Konstitusiya
Məhkəməsinin qərarını bəyənməsəniz belə, onun haqqında «hörmət göstərmirəm»
sözünü işlətmək, çox da düzgün bir ifadə tərzi deyildir, nə hüquqidir, nə də ki
siyasi. Ürəyinizdən keçsə belə, deməyin, məhəllənizdə bu cür ifadələr moda olsa
belə.
Gələk «Twitter»in söz azadlğına dair
məsələ olub-olmadığına. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində
və İCCPR 19-cu maddəsində tənzimlənmiş bu hüquq, milli sərhədlərə bağlı
olmadan, istənilən növ məlumatı, istənilən vasitə (TV, Radio, qazet, internet,
faks vs) ilə və formada (yazılı, sözlü, simvolla, pantomima, karikatura,
heykəllə, jestlə) qəbul etmə və yaymanı ifadə edir. Bu səbəblə, yer kürəmizdə
az sayda insan, «mwitterin» söz azadlığına dair bir platform olmadığını iddia
edə bilər. Bəs, Başbakan niyə belə «yaptı»? Bəlkə də o hesab edir ki,
Başbakanlıq və parlamentdə çoxluğa sahib olan partiyanın sədri olmaq, qanun
çıxarma səlahiyyəti verdiyi kimi, elmi əsasları və hüquqi yanaşmaları da
yaratma imkanı tanıyır. Müasir hüquq sistemini və institutları, şərqdə və islam
mədəniyyəti tərəfindən yaradılmayıb. Necə ki motorlu nəqliyyat vasitələrinin
işlək qaydaları kimi. Patriotik yanaşıb, bunları inkar edib özünüzə xas «milli»
institutlar yarada bilərsiniz, amma 3 təkərli avtomobil yüksək sürət ala
bilməyəcəyi kimi, belə bir hüquq sistemi nə ədalət, nə inkişaf, nə də ki
xoşbəxtlik gətirə bilməz. Sirr deyil ki, miqrasiya edən insanlar, yaşamaq üçün
Qərb mədəniyyəti olan ölkələri seçir, «milli» olanları deyil.
Yeni təkər icad edə bilərikmi? Əslində bu sualın cavabının «yox» olduğunu hamı bilir, amma məqsəd qütbləşmə, nifrət toxumu üzərində ictimai hərəkətlənmə yaradıb, o dalğanın dağıdıcı enerjisi ilə zorba xilafət qurma olanda, müxtəlif çaplı qış şinlərin ortaya çıxması mümkündür. (aktual.az)