
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Ötən gün İran parlamentinin plenar iclasında ölkədə yaşayan qeyri-fars xalqların dil və ədəbiyyatlarının məktəblərdə tədrisinə icazə verən qanun layihəsinin iki gün davam edən müzakirəsi başa çatıb və sonda isə layihə 130 nəfər əleyhinə, 104 nəfər lehinə səs verməklə qəbul olunmayıb. 5 nəfər bitərəf qalıb.
Beləliklə, molla rejiminin panfarsçı millət vəkilləri sözügedən qanun layihəsinin qəbulunu əngəlləyiblər.
Hərçənd ki, onlar tam tərsinə addım atmalı, bu qanunu yekdilliklə qəbul etməliydilər.
Niyə?
Çünki bunu ilk növbədə insanlıq, insan haqqı anlayışı tələb edir. İrandakı qeyri-fars xalqlara, o cümlədən etnik çoxluq (azlıq yox a, məhz çoxluq) olan Güney Azərbaycan türklərinə öz ana dillərində danışmaq, yazmaq, təhsil almaq hüququnun verilməsi insan haqqı məsələsidir.
İkincisi isə, hazırkı İran konstitusiyasının özündə də bu haqq təsbit olunub. Belə ki, konstitusiyanın 15-maddəsinə görə, “ölkədə yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsinə, öz mətbuatına, kütləvi informasiya vasitəsinə və milli ədəbiyyatının məktəblərdə tədrisinə icazə verilir”.
Lakin adına “millət vəkili” deyilən zadlar isə 15-ci maddəni görməzdən gəlir və beləliklə, konstitusiyanın əleyhinə addım atırlar.
P.S. Qeyri-fars xalqlara nifrət bəsləyən fars-molla rejimi və onların nökəri olan “millət vəkil”ləri İranda yaşayan xalqların məktəblərdə öz ana dillərində tədrisinə icazə verən qanun layihəsini bloklamaqla yəqin ki, öz aləmlərində doğru qərar verdiklərini düşünürlər. Onlara elə gəlir ki, guya, bununla İranın bütövlüyünü qoruyurlar. Lakin əsl həqiqətdə isə bu axmaqlıqdır, sərsəmlikdir.
P.P.S. Maraqlıdır, görəsən, seçkiqabağı təbliğat kampaniyası zamanı əsas şüarlarından biri də məhz konstitusiyanın 15-ci maddəsinin icrasına çalışacağı vədindən ibarət olan İran prezidenti Məsud Pezeşkian parlamentin bu vetosuna necə reaksiya verəcək?