
Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
Günahkar iqlim dəyişikliyidir?
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Litvanın paytaxtında qaz yüklü qatar vaqonlarında partlayış
Paytaxtda on minlərlə insan elektriksiz qaldı
Qan dövranında problemlər yarana bilər
“Deportasiya qoxusunu sevirəm”
17 ölü, 21 yaralı
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
ABŞ-da daha bir təyyarə hadisəsi baş verib. Federal Aviasiya Administrasiyasının məlumatına görə, içərisində 172 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Kolorado-Sprinqsdən havaya qalxıb.
“American Airlines” şirkətinə məxsus təyyarə Denver Beynəlxalq Hava Limanına eniş edib. Lakin sərnişinlərin enmək üçün qapıya yaxınlaşan zaman təyyarənin mühərrik hissəsindən tüstü qalxıb.
***
Sosial mediada yayılan görüntülərə görə, Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında “American Airlines” şirkətinə məxsus təyyarə uçuş-enmə zolağına endikdən sonra alovlanıb.
Görüntülərdə təyyarənin tüstüyə büründüyü və qanadlardan birində dayanan sərnişinlərin kömək gözlədiyi görünür. “American Airlines” və Federal Aviasiya Administrasiyası (FAA) yerli mətbuata istinadən ayrı-ayrı açıqlamalarda bildiriblər ki, təyyarə mühərrikində problemlər yarandıqdan sonra təcili eniş üçün Denverə yönləndirilib. Şirkət yanğının mühərrik nasazlığı səbəbindən baş verdiyini açıqlayıb. Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb.
“Bütün 172 sərnişin və altı ekipaj üzvü təyyarədən çıxarılıb və daşınıb”, – aviaşirkətin Denver telekanalı (KDVR) tərəfindən yayımlanan bəyanatında deyilir. Yerli kanalın məlumatına görə, təyyarə Kolorado-Sprinqsdən Texas ştatının Dallas-Fort Uort şəhərinə uçurmuş.
İnsident bir sıra hava qəzalarından sonra ABŞ aviasiya sənayesi ilə bağlı narahatlıqlar var və ABŞ prezidenti Donald Trampın bu sektorla bağlı dövlət qurumları üçün xərcləri azaltmaq istəyi fonunda baş verib.
***
Bir neçə aydır ABŞ-da təyyarə qəzaları davam edir. Yanvar ayında Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında helikopter və sərnişin təyyarəsinin toqquşması nəticəsində 67 nəfər həlak olmuşdu.
Bu qəzadan sonra aviasiya sənayesi müzakirələri davam edərkən, xəstə uşağı daşıyan təcili yardım təyyarəsi Filadelfiyada ticarət mərkəzinin yaxınlığında qəzaya uğradı. Təyyarədə olan altı nəfərin və yerdə olan bir nəfərin hamısı həyatını itirib.
***
ABŞ-ın Nyu-Cersi ştatında Nyuark Liberti Beynəlxalq Hava Limanından havaya qalxan yük təyyarəsi alışmışdı. Təyyarəsi göydə alışıb və havaya qalxdıqdan 9 dəqiqə sonra yerə enmişdi.
***
ABŞ-ın Minnesota ştatının Minneapolis-Saint Paul Beynəlxalq Hava Limanından 76-sı sərnişin və 4-ü ekipaj olmaqla cəmi 80 nəfərlə havaya qalxan “Delta Air Lines” sərnişin təyyarəsi Kanadanın Ontario əyalətində hava limanına eniş zamanı tərs çevrilmişdi.