vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
OLAY  
«Mənə zəng etməyin!» 18:13 | 14 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1974 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mənə zəng etməyin!»

Nazir hirsini jurnalistdən çıxdı: «İşiniz-gücünüz yoxdur? Niyə işləməyə qoymursuz?»

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi, Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar qəbul edib.

Qərarda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus «BakuBus» Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması nəzərdə tutulur. 

Publika.Az məsələ ilə bağlı Nəqliyyat naziri Ziya Məmmədova müraciət edib. O, sualı çox əsəbi qarşılayıb: «Sizin işiniz-gücünüz yoxdur? Niyə işləməyə qoymursuz? Mənə zəng etməyin».