
“X günü”nə hazırlıq
Günümüzün İranında maraqlı bir tendensiyanı müşahidə edirsinizmi?
Günümüzün İranında maraqlı bir tendensiyanı müşahidə edirsinizmi?
“Təsdiqlənmə arzusu azadlığa əngəl olur” Erix Fromm
Kürd separatçıları türk tokatı üçün darıxıb
Ərdoğan və Pezeşkianın açıqlamaları panfarsçıları niyə qəzəbləndirir?
Bütün hadisələr və gedişat bu istiqamətdə inkişaf edir
Tarixi torpaqlarımıza qarşı təxribatçı iddiaların əsasızlığı
Güney Azərbaycanın Türkiyə ilə sərhədində kürd sabotajı
Ərəblər, bəluclar, hətta türk solçular da türkə düşməndir
Güney Azərbaycan millətçiləri arasında gizli ittifaq
Güney Azərbaycandakı siyasi canlılıq olduqca vacibdir
Bu atəşin dalğaları beyinlərə, düşüncələrə yayılacaq
İç üzü bir daha açılan molla rejimi odla oynayır
Güney Azərbaycanın mədəni və siyasi taleyi üçün vacib hadisə
Fars-molla rejiminin çöküşü qeyri-fars millətlərə öz müqəddəratını təyin etmək imkanı yaradacaq
Babək Xürrəmidən üzü bəri tarixi hadisələrə şahidlik etmiş daş abidə
Güney Azərbaycan milli hərəkatının qələbəsinə bir neçə addım qalıb
Və yaxud, Urmiyada soydaşlarımızın molla rejiminin bölücülük, milli ayrı-seçkilik siyasətinə qarşı etiraz yürüşündən sonra biz nə etməliyik?
“Biz” deyərkən təkcə Azərbaycanı yox, həm də Türkiyəni nəzərdə tuturam. Çünki İranın mənfur fars-molla rejiminin kürdləri, lorları və digər irandilliləri planlı surətdə Urmiyaya yerləşdirməsi təkcə Urmiyanın tarixi sahibləri və sakinləri olan Azərbaycan türklərinə qarşı deyil, həm də birbaşa Türkiyəyə qarşı yönəlib.
Fars-molla rejimi bu yolla Güney Azərbaycanla Türkiyə arasında ayırıcı zolaq yaratmaq istəyirlər. Məqsəd isə Türkiyənin gələcəkdə Güney Azərbaycana qurudan dəstəyini tam olaraq əngəlləmək və üstəgəl PJAK-da birləşən kürd separatçılarının timsalında Türkiyə üçün əlavə terror ocağı yaratmaqdır.
Bu arada onu da qeyd edim ki, mollalar ikibaşlı oyun oynayırlar. Bir yandan kürdləri azərbaycanlılara qarşı qızışdırır və Urmiyanın Kürdüstan olduğu iddiasını tirajlamağa, yaymağa çalışırlar, o biri yandan isə İran hökuməti deyir ki, etnik problem təhlükəlidir.
Martın 18-də kürdlərin Urmu şəhərində bayram şənliyini siyasi mitinqə çevirib, “Urmiya Kürdüstandır” şüarını səsləndirmələrinə cavab olaraq Azərbaycan türklərinin izdihamlı mitinqindən iki gün sonra özünün X hesabında etnik məsələyə toxunan İranın irşad naziri Seyid Abbas Salehi heç bir ad çəkmədən, konkret hədəf göstərmədən bildirib ki, “İranda etnik və dini faylar təhrik edilməməlidir, onlar tezliklə əriyə və dağıdıcı alova çevrilə bilər. Birliyi pozan hər bir səs, hərəkat indi daha qorxulu ola bilər. Ona görə də, ölkənin indiki durumunda əvvəlkindən də diqqətli olmalıyıq”.
Seyid Abbas Salehinin bu paylaşımından belə çıxır ki, kürd separatçılarının vasitəsilə Güney azərbaycanlıların sıxışdırılması və ərazi iddialarının ortaya atılması bilavasitə İranın ali dini lideri Xameneyinin ofisinin və SEPAH-ın işidir.
Göründüyü kimi Xameneyinin və SEPAH-ın bu addımı gələcəyə hesablanıb. Onlar Güney Azərbaycanın ayrılmaq, öz müstəqilliyini bəyan etmək təşəbbüsünü indidən neytrallaşdırmaq üçün hərəkətə keçiblər. Fars-molla rejimi öz sərhədlərinin böyük bir hissəsinin yaxın gələcəkdə üç türk dövləti – Azərbaycan Respublikası, Güney Azərbaycan Cümhuriyyəti və Türkiyə Cümhuriyyəti tərəfindən əhatələnəcəyi perspektivini heç cürə qəbul edə bilmir. Ona görə də kürdləri Urmiyaya köçürməklə önləyici tədbirlər görməyə çalışır.
Azərbaycan və Türkiyə də buna cavab olaraq önləyici tədbirlər görməlidir. Seyrçi qalmaq, Güney Azərbaycanın nə vaxtsa öz gücünə azad olacağını oturub gözləmək olmaz. Biz güneylilərin milli azadlıq hərəkatını bütün mümkün vasitələrlə dəstəkləməliyik. Təşəbbüsü ələ almalıyıq. Mollaları qabaqlamalıyıq. Bu məsələdə əsla gecikmək olmaz.
Mollalar zatən etnik problemin İran dövlətinin varlığı üçün ən böyük təhlükə mənbəyi olduğunu yaxşı başa düşürlər. Lakin buna rəğmən Urmiyada kürd-türk konfliktini süni surətdə qızışdırmağa davam edirlər. Biz də molla rejiminin bu silahını onun özünə qarşı çevirməliyik.
P.S. “Xalqlar həbsxanası”na çevrilən bütün digər imperiyalar kimi İran da ilk növbədə məhz etnik qarşıdurmalar nəticəsində dağılacaq.