
ŞƏT-in dalınca düşməkdənsə...
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
(İkinci yazı)
Alqışa layiq təşəbbüslər
“Tədarüküm etdiyimiz məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik”
“Türk Dünyası Xartiyası” türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivədir
Rusiyada böyük türk hərəkatı ideyası
Rusiya, Çin və İran isə...
İsti başla yox, soyuq ağılla verilən qərar
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Səlibçilik dünya demokratiyasına təhdiddir
Çin və Rusiyaya baxanda Avropa Birliyi daha az ziyanlıdır
Mərkəzi Asiya ölkələri TDT-dən iqtisadi fayda, Avropadan siyasi qazanc güdür
Çox güclü olduğu dönəmlərdə bunu çözə bilməyən Avropa, indi nə edə bilər ki?
Boğazdan yuxarı olan kəlmələr saxtakarlıq idi
Trampın lütfü sayəsində son zamanlar beynəlxalq təcriddən çıxmağa başlayan və yenidən supergüc iddialarına düşən Putin Rusiyası Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində inteqrasiyanı gücləndirmək planlarını hərəkətə gətirməyə başlayıb.
Bu günlərdə Sankt-Peterburq şəhərində “Ortaq Yaddaş: Böyük Qələbənin 80 illiyi” mövzusunda beynəlxalq forumun, Moskvada isə MDB-yə üzv dövlətlərin Beynəlxalq İqtisadi Forumunun keçirilməsi də bu faktı təsdiqləyir.
Hər iki tədbirdə Azərbaycan və Mərkəzi Asiyanın (Türküstan) türk dövlətlərinin ekspertləri, ictimai fəalları, media nümayəndələri, diplomatları geniş tərkibdə iştirak ediblər.
Bu qəbildən olan tədbirlərdə, görüşlərdə adətən ortaq gələcək haqqında dialoqlar, müzakirələr aparılır.
Lakin Azərbaycan və Mərkəzi Asiyanın (Türküstan) türk dövlətləri bu gün ilk növbədə MDB çərçivəsində ortaq gələcək haqqında dialoqa yox, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın daha da gücləndirilməsinə diqqət yetirməlidirlər. Bu, bütün türk dövlətlərinin ortaq prioriteti olmalıdır.
O cümlədən Türk NATO-sunun yaradılması da gündəmə gətirilməlidir. Türküstan dövlətləri KTMT vasitəsilə işğalçı Rusiyanın ayaqda qalmasına yardımçı olmaq əvəzinə, Türkiyə və Azərbaycanla birlikdə öz vahid hərbi güc sistemini qurmaq barədə düşünməlidirlər.