
Milyarderlər gizli xəzinənin izində
300 milyardlıq sərvət üçün milyonlarla dollar xərclənir
300 milyardlıq sərvət üçün milyonlarla dollar xərclənir
300 milyardlıq sərvət üçün milyonlarla dollar xərclənir
300 milyardlıq sərvət üçün milyonlarla dollar xərclənir
300 milyardlıq sərvət üçün milyonlarla dollar xərclənir
Bir qrup dost sosial mediada paylaşılan ipuçlarını izləyərək 10.000 dollar dəyərində bir xəzinə sandığı tapıb.
“Reddit” sosial media platformasında anonim bir qrup istifadəçi ABŞ-ın San-Fransisko şəhərində bir xəzinə basdırdıqlarını açıqlayıb. Xəzinənin mühafizəçiləri sandığı tapanların nə alacağını belə izah etdilər: "Axtardığınız şey təxminən 10 kq ağırlığında və təxminən 10.000 dollar dəyərindədir. İçərisində San Fransiskoya xas parlayan külçələr, köhnə pul vahidləri və tarixi əşyalar var. Dəyərin yarısı qızıldır”.
Yazının ardınca şəhərdə “müasir xəzinə ovu” başlayıb.
***
NPR-ə görə, dörd dost, İmon MakLaflin, Şon Rapin, Sian Odvayer və Lyuk Hovard “Reddit”də poetik ipuçlarını həll edərək xəzinəni ilk tapıblar.
Hovard kəşf anını belə təsvir edib: “Təxminən bir saat əvvəl biz dostlarla oturmuşduq və mən internetdə gördüklərimi onlara göstərdim və dedim: “Uşaqlar, bunu yoxlayın. Sonra hamılıqla buna baxmağa başladıq”.
İpuçları arasında Sutro Hamamları (okean sahilində tarixi üzgüçülük kompleksi) və Qızıl Qapı Parkı kimi yerlər var idi. Dostlar hətta axtarış prosesi zamanı “Google Gemini” süni intellekt sistemindən istifadə ediblər. Süni intellektdən gələn şərhlər onların düzgün yolda olduqlarını deyib.
Amma son uğur Ostin Terio, TJ Li və Erik Bahri adlı üç oğlandan gəlib. Cəmi bir saatlıq axtarışdan sonra onlar sandığı Sutro dağının təbiət qoruğundakı gəzinti yolunun kənarında basdırılmış vəziyyətdə tapdılar.
***
Xəzinə sandığının məzmunu olduqca zəngin idi:
Qızıl külçə, gümüş və mis sikkələr, əfsanəvi beysbolçu Barri Bondsun kartları, 1939-cu ildən Qızıl qapı beynəlxalq sərgisinə bilet və təxminən 10.000 dollar dəyərində müxtəlif kolleksiya əşyaları.
***
Xəzinəni gizlədən komanda daha sonra “Reddit”də etdikləri paylaşımda təəccüblərini dilə gətirib: "Bu, gözlədiyimizdən çox sürətlə baş verdi. Aylarla ümid edirdik, günlər mümkün görünürdü, amma 1 saat çox çəkmədi”.