
Azarkeşlərlə BARIŞdı?!
Milli futbolçu üzr istədi: “Əsas “Qalatasaray”dır”
Milli futbolçu üzr istədi: “Əsas “Qalatasaray”dır”
Azarkeşlər ulduz futbolçu sahəyə çıxacağı matçı səbirsizliklə gözləyir
“Qalatasaray”ın yeni transferi bütün zamanların rekordunu qırdı
“Qalatasaray” əfsanələrindən Ederson məsələsinə qoşuldu
“Qalatasaray” Sinqo mövzusunda qətiyyətlidir
“Qalatasaray”dan aşağı yaş qrupu futbolçularına Osimhen qaydası
“Qalatasaray” Barış Alper Yılmaz üçün böyük məbləğ hədəfləyib
Osimen transferinin hələ açıqlanmamasının səbəbi məlum oldu
Sarı-qırmızı klub iki banka olan 35 milyon borcunu ödədi
Keçmiş “Qalatasaray”lı Rusiya şaxtasına niyə dözmədi?
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
İstanbul inlədi
“Qalatasaray” çempionluğunu aslanları ilə qeyd etdi
“Qalatasaray”ın keçmiş ulduzu Kapone çempionluq şənliyində
Çempion “Aslan” İzmirdə ciddiliyini qorudu
“Qalatasaray”ın çempionluq mərasimi mayın 25-i bazar günü Yeniqapıda keçiriləcək. İştirak pulsuz olacaq, azarkeşlər üçün tədbirlər təşkil olunacaq.
Qalatasarayın çempionluq şənliyinə razılıq gəldi...
Sarı-qırmızılılar Yeniqapıda nəhəng törən qurmaq üçün İstanbul valiliyinə müraciət etmişdilər. İcazə verildikdən sonra hazırlıqlara başlanılıb. 25 may bazar günü futbolçular Qalatasaray liseyindən yola düşən üstü açıq avtobusla Yenikapıya gedəcək. Məkanda 1 milyon azarkeşin olacağı gözlənilir.
Lazer işığı və dron şouları ilə vizual ziyafətin təşkil gözlənilən bu şənliklərdə iştirak pulsuz olacaq. Dünyaca məşhur sənətçilərin də qatılacağı şənlik məkanı Yeniqapıda azarkeşlər əylənməsi üçün 5 bir-birindən ayrı 5 ulduzlu platforma qurulacaq. “GS Stores” həmçinin yeni 5 ulduzlu məhsullar da satacaq.
Kərəm Batshuayə dəvət
“Qalatasaray” klubu rəhbərliyi bayram şənliklərinə Kərəm Aktürkoğlu və Mitşu Batşuayini dəvət etmək qərarına gəlib. Mövsümün ilk yarısında 7 qol vuran Batşuayi fasilədə Frankfurta transfer olundu. Mövsümə 2 qol və 3 məhsuldar ötürmə ilə başlayan Kərəm isə yay transfer pəncərəsinin son günündə “Benfika”ya satılıb. Hər iki futbolçu bayrama dəvət olunub.
48 saatda 4 milyon dollar
“Qalatasaray”ın yeni 5 ulduzlu forma və aksessuar satışında rekord qırılıb. “GS Store”da 48 saat ərzində 250 mindən çox məhsul satılıb. Yeni 5 ulduzlu məhsullara böyük tələbat olduğu halda, 48 saat ərzində təxminən 7 milyon manatdan (4 milyon dollar) qazanc olub. Yeniqapıdakı bayramda və sonrakı satışlarla bu gəlirin qat-qat artacağı gözlənilir.
Avropada ikinci!
“Qalatasaray” 2000-ci illərdə Avropanın 10 böyük liqasında ən çox çempionluq qazanan ikinci komanda oldu.
Sarı-qırmızılılar 2000-ci illərdə Avropanın ən yaxşı 10 liqası (İngiltərə (Premyer Liqa), İspaniya (LaLiga), İtaliya (Seria A), Almaniya (Bundesliqa) və Fransa (Liqa 1) və s.) arasında ikinci ən çox çempionluq kubokunu qazanan komandalar sırasındadır.
Portuqaliya, Hollandiya, Belçika və Çexiya liqaları arasında edilən qiymətləndirmədə ən çox qalibiyyəti “Bayern Münhen” (18) əldə edib. Bu müddətdə “Qalatasaray” 12 çempionluqla “Porto”, “Barselona” və PSV ilə birlikdə ikinci pillədə qərarlaşıb. 2000-ci illərdə “Fənərbaxça” 6, “Beşiktaş” 5, “Trabzonspor”, “Bursaspor” və “Başakşəhər” isə 1 çempionluq qazanıb.