Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
14:11 | 21 may 2025 | Çərşənbə
Məqaləyə 194 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Almaniya Federal Prokurorluğu 5 gəncin ifrat sağçı terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb. “Letzte Verteidigungswelle” (Son Müdafiə Dalğası) adını daşıyan qrupun qaçqınlara və siyasi rəqiblərə qarşı zorakılıq hərəkətləri planlaşdırdığı bildirilir.
Qrupla əlaqəsi olduğu düşünülən gənclər səhər saatlarında Brandenburq, Meklenburq-Ön Pommern və Hessen əyalətlərində həyata keçirilən əməliyyatlarda yaxalanıb.
Federal Prokurorluq sözügedən şəxslərin qaçqınlara və fərqli siyasi baxışlı insanlara qarşı hücumlar planlaşdırdığını açıqlayıb. Qeyd olunub ki, Saksoniya və Türingiya əyalətlərində ümumilikdə 13 ünvana basqın edilib.
***
Federal Prokurorluğun məlumatına görə, “Son müdafiə dalğası” adlı qrup 2024-cü ilin aprelində yaradılıb. Prokurorluq bu strukturun özünü “Alman millətinin son müdafiə qalası” kimi gördüyünü və məqsədinin Almaniyada demokratik nizamı, xüsusən də mühacirlərə və siyasi zorakılıq aktları ilə sarsıtmaq olduğunu bildirib.
Əməliyyat çərçivəsində saxlanılan yaşları 14-18 arasında olan 5 nəfərdən 4-ü terror təşkilatına üzv olmaqda, biri isə bu təşkilata dəstək verməkdə ittiham olunur. Üç nəfər təşkilatın “rəhbərlik kadrı” sayılırmış.
Şübhəlilər, həmçinin adam öldürməyə cəhd, yandırma və əmlaka ziyan vurmada ittiham olunurlar.
***
“Fevral ayında Saksoniya ştatının polisi Brandenburqun Senftenberq şəhərindəki qaçqınlar üçün yataqxanaya hücum etməyə hazırlaşan şəxsi dayandırmağa müvəffəq olmuşdu”, – Krefelddəki “Welleniederrhein” yerli radiostansiyası bildirib.
Bu əməliyyat Stern və RTL televiziyasından bir jurnalistin verdiyi məlumatlar sayəsində həyata keçirilib.
Fevralın 12-də Saksoniyanın Meissen şəhərində aparılan axtarışlar zamanı iki əldəqayırma bomba, bıçaq, patron pnevmatik silah ələ keçirilmişdi. 21 yaşlı alman gənc hücum hazırladığı iddiası ilə saxlanılmışdı.
***
Xəbərdə bombaların sənaye üsulu ilə istehsal edilən pirotexniki materiallar olduğu bildirilirdi. Pirotexniki materiallar yanğın, işıq, tüstü və ya səs çıxarmaq üçün istifadə edilən kimyəvi maddələrdir. Tez-tez istirahət atəşfəşanlığı, tüstü bombaları, siqnal məşəlləri və ya xüsusi şoularda istifadə olunur. Lakin onlar tezalışan və partlayıcı xarakterli olduqları üçün düzgün istifadə edilmədikdə və ya yanlış məqsədlə istifadə edildikdə ciddi təhlükələr yarada bilərlər.
İstintaq çərçivəsində bu gənclərdən ikisi də 2024-cü ilin oktyabrında Altdöbern şəhərindəki mədəniyyət mərkəzinə edilən yanğında iştirak etməkdə şübhəli bilinir.
Almaniyanın ədliyyə naziri Stefani Hubiq (SPD) mövzu ilə bağlı verdiyi açıqlamada, "Bu gün saxlanılanların hamısı terror qruplaşmasının qurulduğu dövrdə azyaşlı idi. Bu, xüsusilə şok edici bir vəziyyətdir”, – deyib.
Hubiq vurğulayıb ki, onların hazırkı məqsəd gənclər arasında artan radikallaşmaya qarşı təsirli tədbirlər hazırlamaqdır.