
Osimen formasına qovuşur
Azarkeşlər ulduz futbolçu sahəyə çıxacağı matçı səbirsizliklə gözləyir
Azarkeşlər ulduz futbolçu sahəyə çıxacağı matçı səbirsizliklə gözləyir
“Qalatasaray”ın yeni transferi bütün zamanların rekordunu qırdı
“Qalatasaray” əfsanələrindən Ederson məsələsinə qoşuldu
“Qalatasaray” Sinqo mövzusunda qətiyyətlidir
“Qalatasaray”dan aşağı yaş qrupu futbolçularına Osimhen qaydası
“Qalatasaray” Barış Alper Yılmaz üçün böyük məbləğ hədəfləyib
Osimen transferinin hələ açıqlanmamasının səbəbi məlum oldu
Sarı-qırmızı klub iki banka olan 35 milyon borcunu ödədi
Keçmiş “Qalatasaray”lı Rusiya şaxtasına niyə dözmədi?
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
İstanbul inlədi
“Qalatasaray” çempionluğunu aslanları ilə qeyd etdi
“Qalatasaray”ın keçmiş ulduzu Kapone çempionluq şənliyində
Çempion “Aslan” İzmirdə ciddiliyini qorudu
“Qalatasaray”ın Laporte iştahası
Qazandığı iki kubokdan sonra mövsüm sonunda diqqətini transferlərə yönəldən “Qalatasaray”ın gündəmində bir müddətdir “Bavariya”da çıxış edən alman cinah oyunçusu Leroy Sane var.
Alman komandası ilə müqaviləsi iyunun 30-da başa çatacaq ulduz futbolçunu heyətinə qatmaq üçün səylərini davam etdirən sarı-qırmızılı klubun rəhbərliyi futbolçunun meneceri ilə görüşüb təklifini çatdırdığı öyrənilib.
Sarı-qırmızılı heyətin Saneyə illik 7 milyon avro maaş, 7 milyon avro imza pulu və 7 milyon avro da əlavə bonus təklif etdiyi öyrənilib.
“Qalatasaray Sportif AŞ”nin vitse-prezidenti Abdulla Kavukçu Leroy Sane ilə bağlı “yanvar ayında Sane adından danışmışdıq. Sane maraqlandığımız tək futbolçu deyil. Heyətimizdə daha vacib mövqelər var. Ən vacib iki transferimizin hansı mövqeyə olacağı bəllidir – 10 nömrəmiz əskikdir, və qapıçı lazımdır. Hansı oyunçuları alacağımızı hələ dəqiqləşdirməmişik. Transfer mövsümünün açılmasına çox az vaxt qalıb”, – deyib.
Bu mövsüm Almaniya yığması ilə 45 matçda 2377 dəqiqə meydanda olan Sane 13 qol vurub, 6 məhsuldar ötürmə edib.
"Bavariya"nın prezidenti Herbert Hainer Sane ilə bağlı açıqlama verərək, "Onu komandada saxlamaq istəyirdik. Fikrimizcə ağlabatan və cəlbedici təklif etdik. Qəbul etsə, məmnun olarıq. Qəbul etməsə, bu, onun qərarıdır”, – deyib.
"Qalatasaray"ın gündəmində olan Leroy Sane Almaniya millisində 69 dəfə forma geyinib. 29 yaşlı futbolçu sözügedən matçlarda ölkəsinin heyətində 14 qol vurub.