
ÇL-yə yaraşan müdafiə xətti
“Qalatasaray”ın Laporte iştahası
“Qalatasaray”ın Laporte iştahası
“Qalatasaray” 3 gün 24 saatdır bayram şənliklərinə hazırlaşır
“Qalatasaray”ın Viktor Osimhen transferində şad xəbər...
Azarkeşlər dünyaya səs salacaq pankart hazırlayır
Avropa Kubokunda çıxış edən “Qarabağ” və “Qalatasaray”ın futbolçuları dünya ulduzlarını geridə qoydu
Davam edən danışıqlarda endirim tələb olunur
“Qalatasaray”ın ulduzu transferi üçün gün sayır
“Galatasaray” “Fənərbaxçanı” kubokdan kənarlaşdırdıqları gün psixoloji üstünlüyü də qazanıb
Cim-Bom böyük oynayır
Ulduz futbolçu ilə “Qalatasaray” yaxından maraqlanır
Cim-Bom Osimenə Sezən Aksu ilə mesaj verəcək
Möhtəşəm törənə iki futbolçu da dəvət edilib
Azarkeşlər 25-ci çempionluğu qeyd edərkən yaranan izdiham zamanı 33 polis yaralanıb
Cim-Bom 5-ci ulduzu daşıyan ilk türk komandası oldu, “Fənərbaxça” rekord qırdı
Oyun tərzi ilə Kərəm Aktürkoğluna bənzədilən 19 yaşlı futbolçunun transferindəki cəlbedicilik
“Trendyol” Super Liqasında çempionluq qazanan “Qalatasaray”ın gündəmində tək məsələ nigeriyalı ulduz Viktor Osimhen yer alıb. Bütün gözlər və addımlar hücumçu ilə müqavilə imzalamaq əsas mövqedə gələcək bir neçə mövsümü qarantiyalamaq üzərində qurulub.
“Qalatasaray” Superliqanın 37-ci həftəsində səfərdə “Göztəpə” ilə qarşılaşacaq. İzmirə gedən nümayəndə heyəti çoxlu azarkeşlər tərəfindən qarşılanıb.
Azarkeşlər komandanı şüarlar, məşəllər və pankartlarla qarşılayıb. Komanda avtobusunun arxasında konvoy yaradılıb. Okan Buruk üçün xüsusi pankartlar açılıb.
“Kayserispor”u məğlub edərək xoşbəxt sona imza atan “Qalatasaray” formal matçda “Göztepe”nin qonağı olacaq.
Muslera və Sara sarı vərəqə cəzası səbəbindən bu həftə oynaya bilməyəiblər.
Bu iki futbolçudan başqa İzmir heyətində Osimhen, Barış, Abdülkerim, Yunus və Torreyra yer almayıb. Okan Buruk son vaxtlar çox şans verə bilmədiyi futbolçularını “Göztepe” matçına hazırlayıb.
***
“Qalatasaray” çempionluğu təmtəraqlı, adına layiq şəkildə qeyd etmək istəyir və bütün planlarını buna görə qurub. Yeniqapıdakı tədbirin iki gün davam edəcəyi açıqlanarkən, konsert proqramına məşhur sənətçilərin dəvət edildiyi öyrənilib.
Konsertdə alban əsilli britaniyalı müğənni Dua Lipanın da iştirakı istənilib. Lakin məşhur sənətçi 5 mahnı üçün nə az, nə çox 3,5 milyon dollar istəyincə arzudan vaz keçilib.
***
Çempionat başa çatdı amma “Qalatasaray”da növbəti sual işarəsi Osimhenlə bağlı müəmmadır. Sarı-qırmızılı klub İkardi ilə izlədiyi strategiyanı Osimhenə tətbiq etməyə başlayıb.
“Qalatasaray”da ilk mövsümündə rezidensiyada yaşayan İkardi PSJ-dən transfer haqqını alarkən Kəmərburqazda hovuzlu lüks villa kirayə verməyə razı olmuşdu.
Sarı-qırmızılılar bu mövsüm Mertensin həm Avropa, həm də Anadolu yakasında rahat yaşaya biləcəyi Maçkada qonşusu olan Osimhen üçün fərdi ev axtarmağa başlayıb.
Nigeriyalı ulduzu saxlamaq üçün hər cür cəhd edən “Qalatasaray”ın rəqibləri daha çoxdur. Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Neom” klubları Osimhenə illik 30 milyon dollar ödəməyə hazır olduqlarını bildirib və transferi qızışdırıb.
***
“Qalatasaray” azarkeşləri Osimhen fikri ilə yatıb, həmin fikirlə də oyanırlar! Bütün azarkeşlərin ağlında yalnız bir sual var: “Qalacaqmı?” Bütün cameə bu sualın cavabını axtararkən, rəhbərlik bu arzunu reallaşdırmaq üçün dörd istiqamətdə çalışır.
“Qalatasaray” Osimenin transferi məsələsində futbolçunun “sarı simi”nə, qəlbən kövrək olan futbolçunun duyğularına incə toxunuşlar edir. Məsələn “Kayserispor”la oyunda Osimenin atdığı qolun anonsunun futbolçunun yaşyarımlıq qızının etməsi bunlardan biri idi. Futbolçunun etiraf etdiyi kimi yaşyarımlıq qızı Heyli Cimbomu çox sevir və klubun bir çox marşını əzbər bilir.
İkinci bir məsələ Osimenhin qərarına təsir edə biləcək daha böyük bir güc var. Bu 2018-ci ildən nigeriyalı ulduzla birlikdə olan nişanlısı Stefani Kim Ladeviqdir. Viktor Osimhenin 24 yaşlı Kamerun əsilli alman sevgilisi Stefani tam İstanbul aşiqidir. Bu vəziyyəti üstünlüyə çevirməyi planlaşdıran sarı-qırmızılı rəhbərlik sevgilisinin “Qalatasaray”da qalmasını təmin etmək üçün Kamerun əsilli alman modeldən dəstək almağı planlaşdırır.
Gözəlliyi ilə diqqət çəkən Ladeviq həm model, həm də sosial media fenomenidir. Onlar nigeriyalı forvardla 2018-ci ildən Almaniyanın “Volfsburq”unda çıxış etdiyi vaxtdan birlikdədirlər. Onların Heyli adlı bir qızı da var.
Buna görə qadın böyük qüvvədir prinsipi ilə hərəkət edən klub rəhbərliyi Osimenin sevgilisini ağlını başından alan bir lüks villa bu işi həll etməyi düşünür. Əslində “Qalatasaray” rəhbərliyi Jardel, Milan Baroş transferində bu plan təcrübədən keçirib. Məsələn Abdulrəhim Albayraq dönəmində Jardelə lüks villa tutan klub rəhbərliyi Jardelin xanımının çox bəyəndiyi mebeli evə salmaq mümkün olmayanda, sonuncu mərtəbədə olan evin damını qaldıraraq mebeli tavandan mənzilə salmışdı.
Bu səbəbdən 1 faiz şans varsa və əgər klub bunu çox istəyərsə, “Aslan”ın yeyə bilməyəcəyi ov yoxdur.