
ÇL-yə yaraşan müdafiə xətti
“Qalatasaray”ın Laporte iştahası
“Qalatasaray”ın Laporte iştahası
“Qalatasaray” 3 gün 24 saatdır bayram şənliklərinə hazırlaşır
“Galatasaray” Osimhen üçün ev axtarışlarına başlayıb; qadın böyük qüvvədir
“Qalatasaray”ın Viktor Osimhen transferində şad xəbər...
Azarkeşlər dünyaya səs salacaq pankart hazırlayır
Avropa Kubokunda çıxış edən “Qarabağ” və “Qalatasaray”ın futbolçuları dünya ulduzlarını geridə qoydu
Davam edən danışıqlarda endirim tələb olunur
“Qalatasaray”ın ulduzu transferi üçün gün sayır
“Galatasaray” “Fənərbaxçanı” kubokdan kənarlaşdırdıqları gün psixoloji üstünlüyü də qazanıb
Cim-Bom böyük oynayır
Ulduz futbolçu ilə “Qalatasaray” yaxından maraqlanır
Cim-Bom Osimenə Sezən Aksu ilə mesaj verəcək
Möhtəşəm törənə iki futbolçu da dəvət edilib
Azarkeşlər 25-ci çempionluğu qeyd edərkən yaranan izdiham zamanı 33 polis yaralanıb
Cim-Bom 5-ci ulduzu daşıyan ilk türk komandası oldu, “Fənərbaxça” rekord qırdı
Oyun tərzi ilə Kərəm Aktürkoğluna bənzədilən 19 yaşlı futbolçunun transferindəki cəlbedicilik
Dünən axşam 2024-25 mövsümün çempionu, Türkiyənin tək beşulduzlu klubu “Qalatasaray” İzmirin “Göztəpə” klubunun qonağı olmuşdu. Oyunun ilk hissəsində izmirlilər daha effektiv oynasalar da, qol vura bilmədilər. 63-cü dəqiqədə Kubilay tora göndərdiyi top oyundan kənar vəziyyətə görə qeydə alınmadı. “Qalatasaray” 70-ci dəqiqədə Kaan Ayhanın inanılmaz cərimə zərbəsi ilə önə keçib. Morata 90+1 hesabı açıqlayıb.
Bu gün kubokuna qovuşacaq olan sarı-qırmızılılar gələn həftəsonu keçiriləcək “Başakşehir” matçı ilə mövsümü başa vuracaq.
***
Oyundakı ilk qolla hər kəsin gözündəki pası silən Kaan Ayhan bu mövsüm ərzində ilk dəfə toru silkələdi və düz 5 mövsümdən sonra cərimə zərbəsindən qol vurmuş oldu. Ulduz oyunçu daha əvvəl 1 fevral 2020-ci ildə Fortuna Düsseldorfda oynayarkən Frankfurtla görüşdə qol vurmuşdu. Kaan qırmızı-sarı komanda karyerasında 3-cü qolunu vurdu.
***
“Aslan”ların baş məşqçisi Okan Buruk matçdan sonra bunları, “Futbolçuları yaxşı və ya pis qiymətləndirəcək matç deyildi. Onlar yaxşı niyyətli idilər və hər zaman oyunda iştirak edirdilər. Mertens bizim üçün çox dəyərlidir. Onunla ayrılmaq çətindir. Muslera keçən il də bunu düşünmüşdü. Onu inandırmaqda çətinlik çəkdik. Seçimlərimiz də çətin olacaq və yeni yollarımız olacaq. 19 Türkiyə kuboku almışıq, yeni şüarımız 2026-cı ildə 20+26 deyəcəyik. Yeni mövsümə bu hədəflə hazırlaşacağıq”.
***
Mövsümün sonunda ayrılmağa hazırlaşan Dris Mertens “Göztepe” ilə qarşılaşmada kapitan kimi meydana çıxdı. Fevraldan sonra ilk dəfə ilk 11-likdə şans tapan futbolçu 68-ci dəqiqədə Erenlə əvəzlənib və kapitan sarğısı Kaana verilib. Matçdan sonra gələcəyi ilə bağlı “1 ilə gəldim amma 3 il keçdi. İndi çətin də olsa qərar verəcəm”, – deyib.
***
Qarşılaşmadan sonra “Göztəpə” azarkeşlərinə yaraşmayan hadisə yaşanıb. Komandanın yola düşməsini gözləyən “Qalatasaray” avtobusu hücuma məruz qalıb. Atılan daşlardan biri avtobusun şüşəsini deşib.