
Təhsilə baxışın əsas göstəricisi
İmtahanları yenidən düşünməliyik – ölçmək üçün deyil, dəyərləndirmək üçün
İmtahanları yenidən düşünməliyik – ölçmək üçün deyil, dəyərləndirmək üçün
Riyaziyyat sualında növbəti texniki səhv nəyin göstəricisidir ...
Minlərlə savadlı uşaq laqeydlik və savadsızlıq üzündən gələcəyini itirir
Kommunikasiya bacarıqlarını qiymətləndirən çoxölçülü model yaradılmalıdır
10 mindən çox apelyasiya təkcə texniki deyil, sistemli problemlərin göstəricisidir
DİM-dən açıqlama
DİM prosesi təhsil və karyera uğurunun yeganə kriteriyasına çevirib
Mərkəz mübahisəli qərarlarını heç bir şəffaf nəzarət olmadan verməyə çalışır
Sadəcə texniki yanlışlıq deyil – səhlənkarlıq, məsuliyyətsizlik, tərbiyəsizlikdir
Xidmət haqqı nəyə görə alınır?
DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
Universitetlərin rolu sıfıra endirilib
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də ilk buraxılış imtahanları keçirib.
TQDK-dan verilən məlumata görə, komissiya iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış sinfində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
İlk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 8-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda keçirilib. Həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər.
Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçirilib. İmtahan prosesi bütün mərkəzlərdə təlimata uyğun aparılmış, iştirakçıların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri isə bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.
Nəzərinizə çatdırırıq ki, nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın səhifəsində veriləcək.