“İkiüzlü, rədd ol!”
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
16:40 | 21 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 156 dəfə baxılıb
Şriftin ölçüsü
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Almaniyanın böyük hissəsində güclü fırtına təhlükəsi səbəbindən qırmızı səviyyədə hava xəbərdarlığı elan olunub. Alman Meteorologiya Xidməti (DWD) ölkənin bir çox bölgələrində şiddətli yağış, dolu və lokal hortumların yaranma ehtimalı barədə ciddi xəbərdarlıq edib. Vətəndaşlara mümkün qədər xaricə çıxmamağı tövsiyə edirlər.
Vaxt.az xəbər verir ki, xüsusilə Saarland, Reynland-Falts və Baden-Vürtemberqin cənub hissələrində artıq güclü yağış və fırtına müşahidə olunur. Bu ərazilərdə son günlərdə hər kvadratmetr başına 30 litrədək yağış yağıb, şiddətli külək və dolu müşahidə edilib. Hava sistemlərinin Alp dağlarından cənuba doğru hərəkət etdiyi gözlənilir.
Qırmızı xəbərdarlıq artıq orta, şimal və qərb bölgələrinə də şamil olunub. Bu ərazilərdə 20 litrədək yağıntı proqnozlaşdırılır. DWD bildirir ki, açıq havada olmaq həyati təhlükə yarada bilər. Güclü yağış sel, torpaq sürüşmələri və ciddi fırtına zərərlərinə səbəb ola bilər.
Meteoroloqlar ən ciddi təhlükə kimi lokal səviyyədə hortumların meydana çıxma ehtimalını göstərirlər. “Evdə qalın” çağırışı edilir, çünki hortumlar ani şəkildə yaranıb böyük dağıntılar törədə bilər.
Mütəxəssislər pəncərələrin möhkəmləndirilməsi, açıq sahələrdən uzaq durulması və hava şəraitinin daim izlənilməsini tövsiyə edir. Elektrik kəsintiləri, çatı uçmaları və digər təhlükələrə qarşı ehtiyatlı olmaq lazımdır.