vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
“Patriot”ların əzabı ... 20:09 | 7 avqust 2025 | Cümə axşamı Məqaləyə 141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Patriot”ların əzabı ...

... Yaxud “ağır top”un cılız xisləti

Xəqani SƏFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur sovet kinorejissoru Nikita Mixalkovun “Besoqon” müəllif proqramında Azərbaycan əleyhinə dediklərinə baxdım. Rusiyanın “ağır toplarından” sayılan Mixalkovun özünü bu formada axmaq yerinə qoyması yaradıcı adamın faciəsidir.

Bu “patriot”lara görə, Rusiya həmişə əzab çəkib.

Mixalkov kimi “ziyalılar” 1917-ci ildə Rusiyanı vətəndaş müharibəsinə apardılar, rus xalqını 20-ci illərin vəhşi ideoloji savaşından keçirdilər, 1937-ci ilin iyrənc Stalin repressiyalarının girovuna çevirdilər.

Mixalkovun “vətən, xalq, dövlət” şüarları altından püskürən velikorus şovinzimi bu ölkənin ənənəvi imperiya qızdırmalarından qaynaqlanır.

Azərbaycana qarşı gülünc ittihamları, “tarix dərsləri”, dövlət ərkanını pozması bu adamın necə cılız xislətli olmasını göstərir.

Azərbaycan müstəqil dövlətdir.

Özünün xarici siyasi xətti və regional maraqları olan dövlət!

SSRİ-nin (Rusiyanın) maraqlarını öz maraqlarından əvvələ qoyacaq, daşıyacaq bir ölkə deyil.

Mixalkovun və Konun isterik bağırtıları tarixin yeni şərtlərini dəyişdirmək gücündə deyil.

“Dollar Rusiyası”nın bolşevik şüarları ilə hay-küyü isə ümumiyyətlə gülməlidir.

Mixalkovun 70-ci illərdə çəkdiyi “Sevginin köləsi” filmi var. Orada vətəndaş müharibəsinin dəhşətləri fonunda bir aktrisanın həyatı və faciəsi əks olunub. Filmin sonunda ağqvardiyaçılar bu qadını tutmaq üçün təqib edirlər. Aktrisa yavaş səslə “Cənablar, siz vəhşisiniz... Siz ölkənizlə birgə lənətlənəcəksiniz...” deyir.

Mixalkov bu gün öz qəhrəmanının qarğışına tuş gəlib.

Kənarda günahkar axtarmaq axmaqlıq və həyasızlıqdır.