Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
07:27 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 368 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Nikita Mixalkovun “Besoqon” TV-də verilişinə baxanlar bir daha əmin oldular ki, həqiqətən ot (oxu alaq) kökü üstdə bitər. Nikitanın atası sovet, rus yazıçısı, SSRİ və Rusiya himninin müəllifi Serqey Mixalkov bəlkə yeganə şəxsdir ki, SSRİ-nin birinci şəxsləri Stalin, Xruşov, Brejnev, Qorbaçovdan tutmuş müasir Rusiya başçıları Yeltsin və Putina yaxın olmağı bacarıb. Yaşlı nəsil çox yaxşı bilir ki, SSRİ dövrü rəhbər vəzifələrdə olmuş Anastas Mikoyan öz bicliyi, yaltaqlığı ilə xüsusi fərqləndiyinə görə haqqında çoxlu lətifələr var idi. Bu məşhurluğu da ona görə qazanmışdı ki, o Stalin, Xruşov və Brejnev dövrlərində vəzifələrdə qalmağı bacarmışdı. Nikitanın atası isə bu bacarıqda Mikoyandan da istedadlı olub.
Serqey Mixalkovun 2 oğlu Nikita Mixalkov və Andrey Konçalovski (familiyaları fərqli olsa da qarlaşdırlar) son 40 ildə atalarından aldıqları genlərə görə həm SSRİ, həm də Rusiya dönəmində hakimiyyətlə öz maraqlarına cavab verən ünsiyyət qurmağı bacarıblar. Düzdür, arada Andrey müxalifətçi donuna da girmişdi.
Nikita Mixalkovun nə qədər yaramaz, satqın, öz maraqlarına görə ən yaxın dostlarını, kolleqalarını tapdalamağa qadir olduğu barədə onu yaxşı tanıyan, vaxtilə onunla dost olmuş, birgə filmlər çəkmiş rəhmətlik Rüstəm İbrahimbəyov danışırdı. Ədalət naminə onun istedadını danmaq da olmaz. Ancaq bir şey də məlumdur ki, ən böyük yaramazlığı etməyi də məhz şərə, ancaq öz maraqlarına qulluq edən istedad sahibləri bacarırlar. N.Mixalkovun avqustun 1-də 1 saat 1 dəqiqə 8 saniyə davam edən verilişinin başdan ayağa dini, irqi, milli ayrıseçkilik, etnik düşmənçilik məqsədi daşıdığını görməmək mümkün deyil. Bu verilişdə tək Azərbaycan xalqı bərabər vaxtilə Rusiya imperiyası tərəfindən torpaqları işğal olunmuş, bu gün Rusiya dövlətində yaşayıb, oranın vətəndaşları olan digər xalqlar da aşağılanır. Veriliş boyu bu aşağılamadan özünün də dediyi kimi ləzzət aldığını görməmək də mümkün deyil. Özü də bu fikir o qədər hiyləgər formada təqdim olunur ki, sadəlövh insanlar qatı millətçi, imperiya xülyası ilə yaşayan Nikitanı bütün dinləri, millətləri sevən biri kimi də qəbul edə bilərlər. Filmin məqsədi Putinə yarınmaq üçün rəhmətlik Heydər Əliyev və Prezident İlham Əliyevə ayrılmış bir neçə saniyədir. Elə həmin saniyələrdə deyilmiş fikirlər də bir daha N.Mixalkovun nə qədər murdar insan olduğunu göstərir.
Azərbaycan xalqını aşağılamağa yönəlmiş bu filmə daha çox vaxt ayıra bilərdik. Ancaq Nikitanı daha yaxşı tanıyan, onunla oturub-duran çoxları var. Onlar danışsalar daha yaxşı olar. Xüsusilə, Rusiyanı Vətən sayan, Azərbaycanda isə özünü bu millətin fədaisi kimi təqdim etməyə çalışan putinkaların fikir bildirməsi çox maraqlı olardı.
P.S. Nikita Mixalkovun "Jmurki" filmində canlandırdığı obraz, elə onun əsl sımasıdır.