
DİM-də böhran
10 mindən çox apelyasiya təkcə texniki deyil, sistemli problemlərin göstəricisidir
10 mindən çox apelyasiya təkcə texniki deyil, sistemli problemlərin göstəricisidir
DİM-dən açıqlama
DİM prosesi təhsil və karyera uğurunun yeganə kriteriyasına çevirib
Mərkəz mübahisəli qərarlarını heç bir şəffaf nəzarət olmadan verməyə çalışır
Sadəcə texniki yanlışlıq deyil – səhlənkarlıq, məsuliyyətsizlik, tərbiyəsizlikdir
Xidmət haqqı nəyə görə alınır?
DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
Universitetlərin rolu sıfıra endirilib
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
Magistatra imtahanı iyunun 4-də keçiriləcək
Sınaq imtahanlarının nəticələri açıqlandı
Qəbul imtahanlarında 700 bal toplayan abituriyentləri siz də tanıyın
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, 9-cu sinfi bu il bitirən şagirdlər üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq və bu məzunlar kolleclərə əlavə imtahan verməyəcəklər.
Bildirilib ki, 9 illik bazada kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunu olan gənclərin imtahan mərkəzləri üzrə bölgüsünü təşkil etmək və digər çoxsaylı hazırlıq işləri ilə əlaqədar olaraq ərizələrinin qəbulu 13 iyun tarixində başa çatıb.
Ümumi orta təhsil müəssisələrinin 9-cu sinfini 2014-cü ildə bitirən şagirdlər üçün isə ərizə qəbulunun son müddəti 30 iyun saat 23:59 müəyyən olunub.
Qeyd edək ki, həmin gənclər ərizələrini Sənəd Qəbulu Komissiyasına (SQK) müraciət etmədən internetlə özləri təsdiq edə bilərlər.
Məlumat üçün bildirək ki, istər 9-cu sinfi bu il bitirən, istərsə də əvvəlki illərin məzunları üçün hər bir fənn üzrə abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur.
İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər.
Daha ətraflı məlumatlar 3 saylı «Abituriyent» jurnalında dərc olunub.
Qeyd: Əvvəlki illərin məzunları üçün isə 9 illik bazada kolleclərə qəbul imtahanı iyunun 29-da keçiriləcək. İmtahanda iştirak etmək istəyən və müəyyən olunmuş vaxta kimi elektron ərizələrinin təsdiqini təmin abituriyentlər «İmtahana buraxılış vərəqi»ni imtahandan bir neçə gün əvvəl internet saytımızdan çap edə biləcəklər və bu haqda öncədən səhifəmizdə məlumat veriləcək.