17:28 | 29 dekabr 2012 | Şənbə
Məqaləyə 2223 dəfə baxılıb
Şriftin ölçüsü
Maltanın paytaxtı Valletta şəhərində azərbaycanlı biznesmenə sui-qəsd edilib. Milli.az-a daxil olan məlumata görə, iş adamı Altay Zərgərli ofisinin yanında naməlum şəxslər tərəfindən atəşə tutulub. Özünün və mühafizəçisinin sayıqlığı nəticəsində onlar hazırlanmış sui-qəsd planından yüngül xəsarət alaraq qurtulublar.
A.Zərgərli hər gün iş yerinin yanındakı «Point de Vue Guesthouse» restoranına şam yeməyinə gedirmiş. Restorandan çıxarkən naməlum 3 kişi «Makarov» tipli tapançadan atəş açmağa başlayıb və tərəflər arasında 3 dəqiqədən çox atışma olub. Hazırda Malta polisi sui-qəsdi araşdırır.
