
Türkiyənin artan gücü
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Hollandiya, Almaniya və Avstriyaya tətilə gedənlər üçün xəbərdarlıq
Almaniya kanslerinin Türkiyə Prezidentindən tələbi
Qətl törədərkən qulaqcıqla oyun oynayırmış, Avstriya məktəbindəki qətliamda yeni detallar
Avstriyada tapança icazəsi almaq şəxsiyyət vəsiqəsi əldə etməkdən asandır
Keçmiş şagird vida məktubu buraxıb
Hücum edən şəxs özüylə bərabər 11 nəfəri qətl etdi
Avstriyada sərtləşdirilən qanun uşaqları qorumaq məqsədi daşıyır
Xərçəngə səbəb olan maddələr tapıldı
Özlərinə əziyyət verməyən mirzələr şablon mətnlərlə Türkiyə Prezidentini yola verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Almaniyanın işgüzar dairələri dini bayramların ləğv edilməsini istəyir
İngiltərə ət-süd məhsullarına qadağa qoydu, Avstriya sərhədlərini tamamilə bağladı
Vaşinqton-Bakı treki Ankara və Tel-Əviv üçün nikbin perspektivlər vəd edir
Avstriya sərhədlərini bağlayır
Avstriyanın paytaxtı Vyanaya səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı ermənilər aksiya keçirib. Erməni komitəsinin yaydığı məlumata görə, aksiyada 8 min erməninin iştirak etdiyini bildirib.
Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən politoloq Ərəstun Oruclu bildirib ki, əslində bu Türkiyənin daxili siyasətinin bir parçası ola bilər:
«Çünki məlum olduğu kimi, Ərdoğanın siyasəti erməniləri qane edir. O, Türkiyənin ilk baş naziridir ki, ermənilərə 1915-ci illə bağlı başsağlığı verib. Yəni onun siyasəti digər Türkiyə rəsmilərinin 1915-ci il hadisələrinə yanaşmasında fərqli müstəvidə oldu. Bu da təbii olaraq kənardan Ərdoğana qarşı aqresiyaların yaranmasına səbəb olub. İndi isə Ərdoğan hökuməti narazı qüvvələri sakitləşdirmək üçün ermənilərin aksiyasını geniş şəkildə medialarında tirajlayırlar».
Qeyd edək ki, Aksiya davam edən zaman əraziyə Ərdoğana dəstək vermək üçün çoxlu sayda türk və avstriyalılar gəlib. Avstriya mətbuatının verdiyi xəbərə görə, Türkiyənin baş nazirinin dəstəkçiləri onun əleyhdarlarından bir neçə dəfə çox olub. Aksiya zamanı heç bir insident qeydə alınmayıb və tərəflər qətnamələrini oxuduqdan sonra ərazini tərk ediblər.