vaxtlı-vaxtında oxuyun! Bazar, 14 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
«Hamısını deyəcəm» 17:48 | 5 iyul 2014 | Şənbə Məqaləyə 2534 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hamısını deyəcəm»

Sabirabadda saqqalı qırxılan danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabirabadda dini zəmində baş verən qarşıdurma ilə bağlı bu gün daha bir neçə nəfər saxlanılıb. Hadisənin əsas təşkilatçılarından biri Rəmzi adlı şəxs dünən rayon polis şöbəsinə aparılıb.


Hadisə zamanı təhqirə məruz qalan Kürdəmir rayon Sığırlı kənd sakini Cavanşir Zərbəliyev bildirib ki, bu gün onu Kürdəmir rayon polis şöbəsinin rəisi və onun müavini qəbul edib: «Bir saata yaxın söhbətimiz oldu. Dedilər ki, qanunu pozanlar, məni döyənlər cəzasız qalmayacaqlar. Mən dövlətimə güvənirəm. İnanıram ki, haqsızlıq yerdə qalmayacaq. Sabirabad rayon polis şöbəsindən də zəng etmişdilər. Bu gün təhqiqatçı Kürdəmirə gəlib məni özü ilə Sabirabada aparacaq. Hadisə necə olubsa, hamısını deyəcəm».