vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Nazirlik cinayət işi açdı 15:01 | 4 may 2014 | Bazar Məqaləyə 2549 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlik cinayət işi açdı

Ağacların kəsilməsi ilə bağlı cinayət işi açıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Nəbatat bağında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırmada qanunsuzluq aşkar edilərək Səbail rayon Polis idarəsinə müraciət olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev məlumat verib.

Nazirlik rəsmisi Nəbatat bağında 40-a yaxın ağacın kəsildiyini bildirərək, ərazidə baş vermiş qanunsuzluğu belə izah edib: «Nəbatat bağında ağacların kəsilməsi «Torpaq sahələri ayrılmasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılması haqqında» Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli o cümlədən «Meşə fonduna aid olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması haqqında» 19 sentyabr 2005-ci il tarixli qərarlarına tamamilə ziddir». Xatırladaq ki, prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz olaraq kəsilməsinə sərt təpki verib. Dövlət başçısı bunun vicdansızlıq, biabırçılıq və cinayət olduğunu bildirib.