
Lissabonda tarixi funikulyorda faciə
17 ölü, 21 yaralı
17 ölü, 21 yaralı
5 ölü
Kolumbiyadakı insidentdə 12 polis ölüb, 5 yaralı var
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Almaniya polisi şahid axtarır
76 nəfər öldü
Fransa istehsalı avtomobillərin əyləc sistemindəki nasazlıq nazirliyi hərəkətə keçirdi
34 nəfərlik hava şar yerə çırpıldı, 1 ölü
7 yaralı var, 9 nəfər isə itkin düşüb
Qəzada 4 nəfər öldü
Sərnişinlər qanaddan üstünə atılıb qaçdılar
Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza
4 nəfər ölüb, 30 nəfər itkin düşüb
İndoneziyalı pilotlar fəlakətin qarşısını aldı
Zavodun fəaliyyəti 90 gün müddətinə dayandırılacaq
Hindistandakı qəza ilə bağlı araşdırma genişlənir
Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib. Hadisə Maştağa-Buzovna yolunda, «Albalılıq» adlanan ərazidə qeydə alınıb. «Mercedes» markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə avtomobildəki sərnişin hadisə yerində dünyasını dəyişib. Qəzadan sonra avtomobil alışmağa başlayıb. Ərazidə olan sakinlərin köməkliyi ilə avtomobil söndürülüb, yaralı sürücü və ölən sərnişinin meyiti avtomobildən çıxarılıb.
Daha sonra VAZ-21011 markalı naməlum avtomobil hüquq-mühafizə orqanları əməkdaşlarının gəlişini gözləmədən meyiti və yaralı şəxsi hadisə yerindən uzaqlaşdırıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları meyitin və yaralı sürücünün axtarışlarına başlayıblar. Aparılan araşdırmalardan sonra sürücü və sərnişinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Polis İdarəsindən verilən məlumata görə, avtomobili 45 yaşlı Yaqub Həsənov idarə edib. Qəza nəticəsində dünyasını dəyişən sərnişin isə 44 yaşlı Etibar Quliyevdir. Hər iki şəxs Maştağa sakinidir.
İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasına sərxoş vəziyyətdə əyləşməsi və avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.