
«Mən başqa nə deyə bilərəm ki?»
Orxan Zeynalovun atası dövlətdən kömək istədi
Orxan Zeynalovun atası dövlətdən kömək istədi
Azərbaycan vətəndaşı qətl baş verən gün Moskvada olmadığını deyib
Orxan Zeynalov məhkəmədə son söz dedi
«Məni döyürdülər, ona görə də yalan ifadə vermişəm»
Moskvanın Troitski məhkəməsi Ermənistan vətəndaşı, idarə etdiyi «KamAZ»la marşrut avtobusunun toqquşması nəticəsində 18 nəfərin olümünə səbəbkar olan Qraç Arutyunyanın 6 il 9 ay azadlıqdan məhrum olunması haqda hökm çıxarıb.
Rusiya KİV-i xəbər verir ki, cəzasını ümumi rejimli həbsxanada çəkəcək erməni azadlığa çıxandan sonra 3 il nəqliyyat vasitəsi də idarə edə bilməyəcək. Məhkəmə onun təqsirinin tam sübuta yetirildiyini açıqlayıb.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan 6 nəfər Arutyunyanın ümumilikdə 16 milyon rubl ödəməsi haqda da iddia qaldırıb.
Xatırladaq ki, bir necə gün öncə haqqında Moskva Şəhər Məhkəməsində Orxan Zeynalov haqqında 17 il azadlıqdan məhrum etmə qərarı verilib. Baxmayaraq ki, həmyerlimiz məhkəmədəki ifadəsində Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib: «Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim».
İlkin istintaqa verdiyi ifadəsini təkzib edən Orxan saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyüldüyü üçün yanlış ifadə verdiyini deyib.
P.S. Hər iki qərar göz önündədir. Özünüz Rusiya məhkəməsinin ədalətini ədalətlə müqayisələndirin.