Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:05 | 14 iyul 2014 | Bazar ertəsi
Məqaləyə 1667 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. APA-nın verdiyi məlumata görə, O. Zeynalov Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə ifadə verib. O, ifadəsində Y. Şerbakovu qətlə yetirmədiyini söyləyib: «Mən heç kimi öldürməmişəm. Hadisə baş verən gün ümumiyyətlə Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim». İlkin istintaqa verdiyi ifadənin əksinə danışan O. Zeynalov bildirib ki, saxlanılan zaman ona qarşı hüquq-mühafizə orqanları tərəfindən kobudluq olub:
«Mən vəhşicəsinə döyülmüşəm. İstintaqa ifadə verən zaman isə özümdə olmamışam. Məni döyürdülər, ona görə də yanlış ifadə vermişəm». Məhkəmə prosesi sabah davam etdiriləcək. O. Zeynalovun vəkili Viktor Anikuşkin sayta açıqlamasında bildirib ki, O. Zeynalov məhkəmədəki ifadə ilə müdafiə tərəfinin işini çətinləşdirib: «Əlbəttə ki, biz onun mövqeyini müdafiə edəcəyik». V. Anikuşkin onu da bildirib ki, sabah prosesdə müdafiə tərəfi məhkəmə-tibbi ekspertinin dindirilməsi vəsatəti ilə çıxış edəcək: «İstintaq materiallarında O. Zeynalovun Y. Şerbakova 20-yə yaxın zərbə endirdiyi bildirilib. Hadisənin baş verdiyi yerdə olan şahidlər isə Y. Şerbakovun üzü üztə asfalta yıxıldığını söyləyiblər. Biz müəyyənləşdirmək istəyirik ki, Şerbakovun üzündə və bədənində olan zədələr asfalta yıxılandan sonra meydana gəlib, yoxsa əvvəl...?!
« Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və «skinhedlər» Qərbi Birulyovo rayonunda yerləşən «Biryuza» ticarət mərkəzi və «Pokrov» meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər.
Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. «Skinhedlər» polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.
O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib. İstintaq orqanı tərəfindən O. Zeynalova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 -ci maddəsi (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb. O. Zeynalovu 8 ildən 20 ilədək, ya da ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.