Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:42 | 21 iyul 2014 | Bazar ertəsi
Məqaləyə 1841 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesi davam etdirilib.
APA-nın verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə Orxan Zeynalovun vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Vəkil Viktor Anikuşkin çıxışında bildirib ki, Rusiya hüquq-mühafizə orqanları təqsirsizlik prezumpsiyasına tüpürüb: «Orxan Zeynalov saxlanılan zaman kobud qanun pozuntusuna yol verilib. Bütün televiziya kanallarında da bu göstərilib. Orxan saxlanılan zaman ona elektroşok verilib, döyülüb, cinayət işi üzrə yeganə şahid olan Kseniya Popovanın ifadələrində həm istintaq, həm də məhkəmə zamanı ziddiyyətli məqamlar aşkar olunub. O, istintaq və məhkəmə zamanı Orxanla Yeqor arasında mübahisənin hansı səbəbdən baş verdiyini deyə bilməyib. Orxan Zeynalov, özünün dediyi kimi günahsızdır, cinayət törətməyib. Hesab edirik ki, ona bəraət verilməlidir» .
O. Zeynalovun digər vəkili Abbasmirzə Abdullayev də çıxışında K. Popovanın ifadəsində ziddiyyətli məqamların olduğunu söyləyib: «Biz məhkəmədən Kseniya Popovanın yalan detektorundan keçirilməsini tələb etdik. Lakin vəsatətimiz təmin olunmadı. Hesab edirik ki, o, nəyisə gizlədir. Onun barəsində qanuni hökm çıxarılmasını xahiş edirik. Orxan günahsızdır» .
Daha sonra prosesdə O. Zeynalov son söz deyib. O, günahkar olmadığını deyib: «Hadisə baş verən gün Moskvada olmamışam. Bütün bunlar əvvəlcədən hazırlanmış ssenaridir. Çünki «Pakrov» bazarını bağlamaq istəyirdilər. Ona görə də bunu düzüb qoşdular. Mən bu gün günahsız yerə burda oturmuşam. Yeqorun ölüb-ölmədiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, mən heç kimi öldürməmişəm. Allah hamısını görür. Mən onu öldürsəydim, Rusiyadan qaçardım». Sonra məhkəmə hökmünün iyulun 28-də elan olunacağı bildirilib.
Qeyd edək ki, APA-nın verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Orxan Zeynalova 10 ilini ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il iş istəyib.
Xatırladaq ki, Orxan Zeynalov ötən ilin oktyabr ayında 25 yaşlı Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinir. Lakin O.Zeynalov onun haqqında irəli sürülən ittihamları əsassız sayır. Zeynalov deyir ki, qətl törədilən gecə o, Moskvada olmayıb və təzyiq altında qətli törətməsi barədə ifadə verib.