
Amerikalıların kəşf etdiyi istedad
ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyində Stravelli-Əhmədov dueti
ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyində Stravelli-Əhmədov dueti
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
Prezidentin tapşırığı ilə...
Kürdəmirli müəllim diaqnostik qiymətləndirmədə maksimum nəticə göstərdi
Temperatur əvvəlki illərdən yüksək olacaq
Deputatın bu iddiasına DİN-dən sərt reaksiya gəldi
«Sabirabadlı bərbər»in işini araşdıran müstəntiq danışdı
Rayon prokurorluğu Rəmzi Zeynalov barəsində həbs-qətimkan qərarı verdi
«Şöbədə ağzında siqaret, əlində də telefon və təsbehlə gəzirdi, hamı onunla görüşürdü; polis onları buraxıb məni saxladı»
DİN-in adi xuliqanlıq kimi təqdim etdiyi hadisə ciddi olayların siqnalıdır
Sabirabadda saqqalı qırxılan danışdı
Yaralılar var
«TV-nin bütün əmlakı siyahıya alınıb və maşına yığılaraq aparılıb»
Elnur Aslanovdan nurçu məmurlarla bağlı iddialara cavab
Gəlin qayınatanı, qayınları çimizdirməlidir
Yengibar Əhmədov rüşvət alarkən yaxalandı
Avqustun 5-də axşam saatlarında Bakı-Qazax magistralının Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəza nəticəsində xəsarət alan Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Prezident Administrasiyası rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev helikopterlə Bakı şəhərinə göndərilib.
Məlumata görə, Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi «VAZ-21015» markalı minik maşını qarşı tərəfdən gələn Prezident Administrasiyasına məxsus «BMW» markalı xidməti maşınla toqquşub.
Hadisə nəticəsində «BMW» markalı xidməti maşında olan Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, PA rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev və «VAZ-21015» markalı avtomobilin sürücüsü, 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, Z.Nağdəliyev çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
***
22:23
Prezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev Kürdəmir ərazisində yol qəzası keçirib.
Bu barədə musavat.com-a hadisə şahidlərindən biri məlumat verib. Onun dediyinə görə, Nağdəliyev Kürdəmir xəstəxanasına aparılıb. Dövlət məmurunun «BMW» markalı maşını «VAZ-21015» markalı «Jiquli» ilə toqquşub. Sayt Z.Nağdəliyevin və onunla toqquşan maşındakıların durumu haqda əlavə məlumat ala bilməyib.
Saytın məlumatına görə, ölkənin rəhbər heyəti bu gün günortadan başlayaraq cəbhə xəttinə yollanmaqdadır. Z.Nağdəliyev də bu məqsədlə Ağdama gedirmiş.
Qeyd edək ki, Zeynal Nağdəliyev Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Prezident Administrasiyası rəhbərinin müavinidir.
Məlumatlara görə, Z.Nağdəliyevin olduğu maşınla toqquşan «VAZ-21015»in sürücüsü, Kürdəmir rayonunun Qarabucaq kənd sakininin durumu isə ağırdır. O, hazırda Kürdəmir xəstəxanasında reanimasiya şöbəsindədir.