vaxtlı-vaxtında oxuyun! Bazar, 13 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
PKK Atatürkün heykəlini aşırmaq istədi 09:44 | 25 avqust 2014 | Bazar ertəsi Məqaləyə 1013 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

PKK Atatürkün heykəlini aşırmaq istədi

Terrorçular abidəni əysə də yıxmağa müvəffəq olmayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçusu Mahsum Qorxmazın heykəlinin götürülməsindən sonra müxtəlif şəhər və qəsəbələrdə Atatürkün heykəl və büstlərinə hücumlar olub.

«ANS Press»in xəbərinə görə, Van vilayətinin Başkalke vilayətində ötən axşam icazəsiz aksiya keçirən bir qrup PKK üzvü Atatürkün Cümhuriyyət meydanındakı heykəlinə hücum edib. Kəndir bağlayaraq heykəli yıxmağa çalışan üzü bağlı aksiyaçılar polisin gəldiyini görərək hadisə yerindən qaçıblar.

Qeyd edək ki, postamentin üzərindəki heykəli əyən terrorçular abidəni yıxmağa müvəffəq olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə təhlükəsizlik qüvvələri ilə atışma zamanı ölən PKK terrorçusu Mahsum Qorxmaza Diyarbəkirin Lice rayonunda abidə qoyulmuş, daha sonra valinin göstərişi ilə heykəl qoyulduğu yerdən götürülmüşdü.