
Strateji münasibətlərə töhfə
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
... Yaxud Gürcüstanın narahatlığı yersizdir
Bu gün Gürcüstan parlamentinin «Gürcü Arzusu»ndan olan azərbaycanlı deputatı Mahir Dərziyev və Vahid Milli Hərəkat partiyasının üzvü olan Azər Süleymanov parlamentin iclasında öz etirazlarını bildiriblər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, onlar deputat Samvel Petrosyanın «erməni soyqırımı»na görə bir dəqiqəlik sükut elan etməsinə qarşı çıxıblar.
M.Dərziyev agentliyə verdiyi açıqlamada məsələ ilə bağlı çıxış etdiklərini bildirib: ««Erməni soyqırımı»nın tanınması məsələsi dəfələrdə Gürcüstan parlamentində qaldırılıb, lakin həm iqtidar, həm də müxalifət tərəfindən birmənalı şəkildə rədd olunub. Bu gün də oxşar mənzərə olub. İqtidar tərəfdən olan deputat Qubad Sanikidze, habelə müxalifətçi deputat Nuqzar Tsiklauri bu məsələni yenidən qaldırmağın düzgün olmadığını qeyd ediblər. Onlar vurğulayıblar ki, Gürcüstan milliyyətindən asılı olmayaraq bu ölkədə yaşayan vətəndaşların vətənidir və onların arasında milli ədavət salmaq cəhdləri uğursuzluğa düçar olacaq».
M. Dərziyev qeyd edib ki, ermənilər konkret faktlara və sənədlərə əsaslanmırlar: ««Erməni soyqırımı» ilə bağlı ermənilər heç bir araşdırma aparmayıblar. Türkiyə tərəfi öz itkilərinin ermənilərdən də çox olduğunu dəfələrlə bildirib. Gürcüstan tərəfindən «soyqırımı»nın tanınması, Gürcüstanın qonşusu olan və NATO-nun üzvü olan Türkiyə ilə münasibətlərə xələl gətirə bilər və böhran yarana bilər. Mən həmçinin Gürcüstan parlamentinin üzvlərini ölkənin maraq və ziyanına olan bu cür cəfəngiyatları gündəmə gətirməməyə çağırdım».