
Urmiya gölü çölə çevrilərsə
Türk dünyasının bağrına sancılan duz xəncəri
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
İran parlamentinin Qərbi Azərbaycan əyalətindən seçilmiş deputatı Mehdi İsazadə noyabrın 10-da jurnalistlərə açıqlamasında Azərbaycan türklərinin dövlət televiziyasından yayımlanan «Fitilə» adlı proqramda təhqir olunmasına münasibət bildirib.
Mehdi İsazadə deyib ki, «Fitilə» proqramı əməkdaşlarının etdiyi əmələ görə azərbaycanlılardan üzr istəməsi qəbul edilmir: «Mən ölkənin Məhkəmə Sistemindən bu şəxslərə ən ağır cəza verilməsini istəyirəm. Sırf üzrxahlıq etmək kifayət deyil. Hesab edirəm ki, bu şəxslər cəzalandırılmalıdır.
Həmişə Həzrət Əbülfəzl və İmam Hüseyn adları dilində gəzən və onların ətrinin iyini verən azərbaycanlıların ağzı üfunət qoxuya bilməz. Mən Azəridilli bir şəxs kimi bu cənabların üzrxahlığını qəbul etmirəm və hesab edirəm ki, «Fitilə»çilərə ən ağır cəza nəzərdə tutulmalıdır. Axı biz nə qədər gedib millətə izah edib deməliyik ki, kimsə bir qələtdi eləyib, siz bağışlayın. «Fitilə»çilər bacarırlarsa indi çıxıb türkdilli əhaliyə cavab versinlər».
Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan «Fitilə» adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilib, alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada bir nəfər həlak olub, onlarla yaralı var. Polis yüzlərlə azərbaycanlını həbs edib.