
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
Yazını üç zirvənin unudulmaz xatirəsinə həsr edirəm
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Ağdam məscidinin qapısı üzərindəki Quran kəlamları
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
Güney Azərbaycan Milli Dirəniş Təşkilatı son günlər Dağlıq Qarabağda baş verən olaylarla bağlı açıqlama yayınlayıb. Vaxt.az həmin bəyanatı oxucularına təqdim edir.
«Yayınlanmış olan xəbərlərə görə işğal olunmuş Qarabağ torpaqlarımızda Azərbaycan ordusu ilə işğalçı Ermənistan ordusu arasında silahlı qarşıdurma baş verib və nəticəsində bir neçə kənd və yüksəkliklər düşmən işğalından azad edilib. Bu xəbər Güney Azərbaycan Türkləri tərəfindən diqqətlə izlənilir. Güney Azərbaycan gəncləri və Azərbaycan Milli Hərəkətı baş verən hadisələri yaxından təqib edib hər vəziyyətə hazır olduqlarını söyləyirlər. 1991-1994-cü illər arasında yaşanan müharibədə Quzey Azərbaycanın Qarabağ və Qarabağ ətrafı olan 7 rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Təəssüf ki, o illərdə İran və Rusiya işğalçı Ermənistanın yanında yer aldılar. Son aylarda keçən 25 ildə olduğu kimi Putinin əmri ilə Ermənistan ordusu Rusiya ordusu tərəfindən təchizatlandırıldı. Rusiya ilə birlikdə İran mətbuatı da Ermənistanı dəstəkləyib və açıq bir şəkildə böyük bir qismi Şiə Müsəlman olan Azərbaycanlıları arxadan vurmuşdur. Hətta o torpaqları Erməni torpağı kimi də tanıyırlar. İran və Rusiyanın Suriyadakı uğursuzluqları onları Türkiyəyə qarşı birlikdə hərəkət etməyə sövq etmişdir. Türkiyəyə qarşı PKK və PYD terrorist qruplaşmalarını hər mənada dəstəkləyib və dəstəkləməyə davam edirlər. Bunu etməklə onların niyyəti Türkiyədə bir iç böhran yaratmaqdır. İran və Rusiyanın bu siyasətlərinə qarşı Azərbaycan dövlətinin açıq bir şəkildə Türkiyənin yanında yer alması Tehran və Moskva tərəfindən bir mənalı qarşılanmadı. Bu səbəbdən Suriyadakı yaşanmış olan hadisələrdən faydalanaraq işğal olunmuş Qarabağ torpaqlarına Suriyadakı kürtləri və Erməniləri yerləşdiriblər. Ayrıca terrorist qruplaşmalar üçün o torpaqlarda əlverişli şərait yaradıblar. Tehran və Moskvanın açıq şəkildə cinayətkar Ermənistan dövləti tərəfində yer almış olmaları bölgənin siyasi vəziyyətini daha da gərginləşdirir. Onların himayədarlığı sayəsində Quzey Azərbaycanın torpaqlarının 20 faizi hələ də işğal altındadır. Öz torpaqlarının bütövlüyünü bərpa etmək və qorumaq hər dövlət kimi Azərbaycanın da təbii haqqıdır. Azərbaycanın bu yoldakı tutumunu beynəlxalq hüquq da dəstəkləyir. Şimali Azərbaycan və Türkiyədəki bu son hadisələr bilavasitə Güney Azərbaycanlıları narahat edir və bu hadisələr Güney Azərbaycanlıların gözündən yayınmır.
Biz Azərbaycan Milli Dirəniş Təşkilatı olaraq bildiririk ki Qarabağdakı son yaşanan silahlı qarşıdurmalara səssiz qalmayacağıq. Bu gün Güney Azərbaycanın bütün şəhərləri və kəndləri Şimali Azərbaycanlı qardaş və bacılarının yanındadır və onları bu yolda bütün imkanları ilə dəstəkləyəcəklər və İran dövlət xadimlərindən istəyirik ki, keçən dəfə göstərdikləri yanlış siyasətə qarşılıq, bu hadisələr qarşısında açıq şəkildə öz mövqelərinə bəyan edərək Müsəlman Azərbaycanlıların yanında yer alsınlar.