
30 kq narkotiklə yaxalandı
DTX və DSX birgə əməliyyat keçirib
DTX və DSX birgə əməliyyat keçirib
... Texniki sübut, yoxsa siyasi şübhə?
“Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub”
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
DTX istintaq aparır, həbslər var
Qondarma ittihamla həbs edə bilərlər ...
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
DTX İran şəbəkəsinin üzvləri ilə məlumatları “Meta” və “Telegram”dan tələb edə bilər
DTX rəsmi açıqlama yaydı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son antiterror əməliyyatı bizim xüsusi xidmət orqanlarının böyük uğurudur. Çünki terror aktının qarşısı alınıb, terrorçular tam zərərsizləşdirilib, bu zaman itki də olmayıb.
Bunu «Baku Network» ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Milli.Az-a açıqlamasında DTX əməkdaşlarının son antiterror əməliyyatlarını şərh edərkən deyib.
Ekspert qeyd edib ki, İŞİD terrorçularının elə ilk gündən beynəlmiləl bir təşkilat yaratmaq düşüncəsi var: «Məqsəd bütün xalqları «İslam Dövləti» məsələsinə cəlb etmək, sonra ilk mərhələdə onları bir ərazidə toplamaq, daha sonra onları bütün dünyaya ixrac etməkdir. Ona görə də uzun müddətdir ki, hər millətdən İŞİD-ə cəlbetmə prosesi gedir. Hətta adam həmin millətin nümayəndəsi olmasa belə, o cür qələmə verilir. Məsələn, həm İraqda doğulmuş türkmən, həm Türkiyədə İqdırda, həm də İranda doğulmuş şəxslər azəri hesab edilə bilər. Amma əsas məqsədlərdən biri mövcud müstəqil dövlətlərin içindəki vətəndaşları cəlb etməkdir. Və bu cəlbetmə prosesində onlar bəzi Azərbaycan vətəndaşlarını öz tərəflərinə çəkməyə nail olublar. Bunu hansı yolla ediblər? Birini maddi həvəsləndirmə, o birini «İslam dövləti»ndə yaşayacağı ilə aldadıb, digərlərini də başqa yollarla cəlb ediblər. Ola bilər ki, onların sayı çox olmasın, lakin terrorçunun «qüdrəti» ondadır ki, o, bir aktla çox adam öldürə, böyük hadisə törədə bilər».
Silahlı terrorçuların məhz Bakı-İstanbul avtobusunu seçməsinə gəlincə, E.Ələsgərov bildirib ki, bunun səbəbi odur ki, İŞİD-in istifadə etdiyi yolların əksəriyyəti Türkiyə üzərindən keçir: «Azərbaycanlıların İŞİD-ə qoşulması, əsasən, Türkiyə üzərindən baş verir. Biz hələ başqa bir yol barəsində eşitməmişik. Ona görə də Türkiyədə terror məsələsi çox aktualdır və biz bunun şox zaman şahidi oluruq. Terrorçular niyə məhz Türkiyədə toplaşırlar? Çünki Türkiyə həm Suriya, həm də İraqla həmsərhəddir».
Yeri gəlmişkən, ekspert Azərbaycanın Türkiyə ilə viza rejimini niyə tam ləğv etməməsini də bununla əsaslandırıb: «Bu yaxınlarda hansısa elektron qəzetlərdən birinin rəhbəri təhqiramiz ifadələrlə Azərbaycana Türkiyə ilə viza rejimini niyə ləğv etməməsinə görə söz atdı. Onun və onunkimilərin nəzərinə çatdırmaq istəyirəm ki, ona görə ki, terrorçuların çoxu məhz Türkiyə ərazisindən tranzit kimi istifadə edirlər, Azərbaycan da özünü qorumaq üçün viza rejimini sadələşdirsə də, tam olaraq ləğv etmir. Ehtimal ki, Azərbaycanla Türkiyənin dostluğunu qabardaraq viza rejiminin tam qaldırılmasını tələb edənlər bunu məhz İŞİD-in sifarişi ilə edirlər. Əgər viza rejimi tam aradan qaldırılsa, terrorçuların hərəkət imkanları genişlənər və sayları da çoxalar. Əslində, onlar heç də Azərbaycanla Türkiyənin dostluğunun tərəfdarı deyillər. Əks halda belə ifadələr işlətməzdilər».
Ekspert terrorçuların istər Azərbaycanda, istərsə də qonşu dövlətlərdə yeni planlara əl atacağını istisna etməyib: «Xatırladım ki, «Avroviziya» mahnı yarışması ərəfəsində də Bakıda terror aksiyasını təşkil etməyi planlaşdıran həmin «Qafqaz camaatı» deyilən qrup idi. Amma adından asılı olmayaraq, terrorçulara münasibət ən ciddi və sərt formada olmalıdır ki, Azərbaycan dövləti də bunu göstərir. Bu, bizə qardaş və qonşu olan ölkələrə də bir mesaj olmalıdır ki, Azərbaycana toxunmaq olmaz. Onu qorumaq lazımdır. Qardaş və dost onlardır ki, Azərbaycanı qoruyur. «Qafqaz camaatı» deyilən qrupa qarşı, demək olar ki, hər gün Rusiyada, Dağıstanda da antiterror əməliyyatı aparılır. Təbii ki, dövlətlərarası anlaşmalar var və dövlətlər bu məsələdə bir-birinə qarşılıqlı kömək etməlidir. Çünki terror hamının düşmənidir».
Qeyd edək ki, DTX-nın rəsmi məlumata görə, müəyyən olunub ki, Azərbaycan vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda «Qafqaz camaatı» adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər.
Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görüb, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.
Dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılan cinayətkar birlikdə iştirak etmə, odlu silahdan istifadə etməklə terrorçuluğa və quldurluğa hazırlıq əməllərini törətmələrinə əsaslı şübhələr olan A.Quliyev, F.Rüstəmov və A.Gülməmmədovun saxlanılması üzrə 26-27 oktyabr 2016-cı il tarixlərində respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri həyata keçirilmiş, bu zaman saxlanılmasına müqavimət göstərərək ictimai yerdə «Formula-1» tipli əl qumbarasını partlatmağa cəhd edən A.Quliyev, habelə «Steçkin» markalı tapançadan istifadə edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açıb silahlı müqavimət göstərən F.Rüstəmov ətrafdakıların həyat və sağlamlığının ümumi təhlükəli, real və qəfil cinayətkar qəsddən qorunması və cinayətkar əməllərə qarşı cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilmiş, A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub.