Məşhur paket çayında xərçəng təhlükəsi
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
19:21 | 24 noyabr 2016 | Cümə axşamı
Məqaləyə 3431 dəfə baxılıb
Şriftin ölçüsü
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
Ənənəvi problem hava limanlarının milyardlarla dollar ziyan vurur
Ölənlər var
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
İki mərtəbəli oturacaqlar yenidən gündəmdə – son və qəti dizaynı təqdim olundu
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Şəkərli diabet və xərçəngdən əziyyət çəkənlərin müavinətinə vergi qoyulacaq
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Alimlər qaraciyər xərçənginin əsas səbəbini aşkarladı
Ruslar həqiqətən xərçəngin dərmanını tapıblarmı?
Qan dövranında problemlər yarana bilər
“BioNTech”dən xəstəliklə bağlı tarixi addım
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
«The Telegraph» yazır ki, yeni elmi tədqiqatın nəticəsinə görə təyyarələrlə müntəzəm olaraq uzaq məsafələrə uçanlarda qara ciyər xərçəngi yarana bilər.
Təcrübələr zamanı aşkar edilib ki, elmdə cetlaq kimi tanınan xroniki hal qara ciyər üzərində yağların və öd turşularının yığılmasına səbəb olur.
Cetlaq - yəni vaxt zonalarını aşan uzaqmənzilli təyyarə uçuşlarının orqanizmdəki metobolik prosesləri pozması halı siçanların üzərində öyrənilib.
Alimlər deyirlər ki, bu zaman qara ciyərin üstündə yığılan yağlar keçid mərhələsi olan sirrozu yaratmadan bilavasitə qara ciyər xərçənginə səbəb ola bilər.
Təkcə Britaniyada hər il 6 min nəfər bu xəstəlikdən dünyasını dəyişir.
«Cancer Cell» onkologiya jurnalında dərc edilmiş məqalədə deyilir ki, təcrübə zamanı siçanlar bir neçə vaxt qurşağından keçirilib.
«Baylor» Tibb Kollecinin alimləri müşahidə ediblər ki, vaxt qurşaqlarının qısa zamanda dəfələrlə keçilməsi bədən ritmini, yuxu dövrünü və maddələr mübadiləsini pozur.
Bu təsirlərə məruz qoyulmuş siçanlarda çəki artımı, qara ciyərin piylənməsi və xronik iltihab müşahidə edilib.
Bundan əvvəl aparılmış tədqiqatlar nizamsız iş cədvəlinin, xüsusən də gecə növbələrinin qara ciyər xərçəngi riskini artırdığını göstərmişdi.