
Gənc nəslə haqsız qısqanclıq
Aktyorlarının etirazlarını onların söz haqqıdır, amma ...
Aktyorlarının etirazlarını onların söz haqqıdır, amma ...
Akademik Milli Dram Teatrında yeni tamaşa
İstedadına güvəndiyim bir rejissor haqqında tərəddüdlərimin səbəbləriniə cavab axtarışı
Xoşbəxt adamın gedişi
Aktyorlar koronavirusa yoluxub
Teatr Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını səhnələşdirdi
Xalq artisti Sofiya Bəsirzadənin 100 illiyi qeyd olundu
Çingiz Aytmatovun məşhur romanı səhnələşdirilib
Fuad Poladov: «Mədəniyyət Nazirliyi deyilən bir orqan tanımıram»
Tanınmış sənətkar niyə «mənə baş çəkməyə gələnlərin adını çəkmək istəmirəm» deyib?
Afaq Bəşirqızı: «... Nəsibə Zeynalova ilə müqayisə olunmağım düzgün deyil»
Sabir Məmmədov: «Yeməyimiz olmayanda, başqa uşaqların yeməyini oğurlayırdıq»
49 illik ömrə sığdırılan qəhrəmanlar
Sənubər İsgəndərli: «Əvvəllər həyat indiki kimi cah-cəlallı deyildi»
«Azərpaşa Nemətov deyib ki, daha teatra gəlməyim»
Tənha yaşayan xalq artisti danışdı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının («AzDrama») sərəncamçı direktoru Natiq Gülməmmədov tutduğu vəzifədən azad edilib. Teatrdan Modern.az saytına daxil olan məlumatda deyilir ki, Natiq Gülməmmədovun işdən çıxarılmasına səbəb son vaxtlar onun «Azdrama»nın bədii rəhbəri və direktoru Azərpaşa Nemətlə yola gedə bilməməsi olub. Belə ki, tərəflər arasında dəfələrlə ciddi mübahisənin baş verdiyi, məsələnin hətta Mədəniyyət və Turizm Nazirliyinədək gedib çıxdığı bildirilir.
Amma «Azdrama»dan yola salınan Natiq Gülməmmədov işsiz də qalmayıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin əmri ilə o, Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə
təyin olunub.
Xatırladaq ki, Natiq Gülməmmədov 2016-cı ilin yanvar ayından Akademik
Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdu.
O, 2010-2015-cı illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsində çalışmışdı. Beləliklə də «Azdrama»dan çıxarılan N.Gülməmmədov Kukla Teatrındakı əvvəli vəzifəsinə qaytarılıb.