Aclıq təhlükəsi 673 milyona çatıb
FAO 55 ölkədə 43 milyon insana yardım göstərib
23:41 | 2 fevral 2017 | Cümə axşamı
Məqaləyə 1879 dəfə baxılıb
Şriftin ölçüsü
FAO 55 ölkədə 43 milyon insana yardım göstərib
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Yeni ünvan seçimləri arasında İstanbul da var
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
Tramp üçün qalxdığı eskalatordakı nasazlıq sabotaj şübhəsi yaratdı
“Dünyada savaş qaydaları çökür”
Hər şey 7-ci sinifdə başladı
İran və Avropa arasında “snapback” krizi
“İrana zənginləşdirilmiş uranla kömək etməyə hazırıq”
MAGATE Tehranın nüvə öhdəliklərinə əməl etmədiyini hesab edir
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
May ayında qlobal ərzaq qiymətlərinə hansı məhsullar ucuzlaşıb?
Dünya əhalisi səhv hesablanıb
Birbok Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yeni prezidenti oldu
İsrailin nüfuzlu «Jerusalem Post» qəzetində «Xocalı qətliamı və yəhudi Holokostu: Soyqırımların anımında laqeydlik və inkara qarşı mübarizədə birləşək» başlığı ilə məqalə dərc olunub.
Məqalənin müəllifi Fransanın Monteskye Universitetinin siyasi elmlər üzrə məzunu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Səid Musayevdir.
XX əsrin faciəli hadisələrlə yadda qaldığını, bir çox xalqların hələ də soyqırımına məruz qaldığını xatırladan müəllif yazır: «Biz Holokost və Xocalı soyqırımı aktlarını, hər iki hadisə zamanı ölənlərin və onların yaxınlarının əzablarını unutmamalıyıq, həm də dünyanın istənilən yerində hər hansı bir insana qarşı yenidən törədilə biləcək bu tip vəhşilikləri dayandırmaq məqsədilə əlimizdən gələn hər şeyi etmək üçün onların xatirəsini anmalıyıq».
İsrail və Azərbaycan tarixlərinin oxşarlığını qeyd edən müəllif 2015-ci il yanvarın 27-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı iqamətgahında Holokost soyqrımının 70-ci ildönümündə nitqi zamanı yəhudi dövlətinin prezidenti Röven Rivlinin Xocalı soyqırımını yada saldığını, azərbaycanlıların acı taleyinə biganə qalmadığını bildirir.
Məqalədə Ermənistanın tarixi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun hələ də işğal altında olduğu vurğulanır.
S.Musayev məqaləsində bu gün İrəvanda əyləşən erməni rəhbərlərinin irqçi vandalizm əməllərinin heç də alman nasistlərinin yəhudilərə qarşı törətdikləri qırğın aktlarından fərqlənmədiyini tutarlı faktlarla əsaslandırır.
Məqalədə deyilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu 27 yanvar – Holokost soyqırımı qurbanlarını anma günü Jerusəlimdə çıxışı zamanı Yaxın Şərqdə yaşamağın çətinliklərini, Avropada bu gün də antisemitizmin artdığını xüsusi qeyd edir.
Yəhudi və Azərbaycan xalqlarının soyqırımı aktına məhz öz etnik və milli kimlik köklərinə görə məruz qaldıqları məqalədə xüsusi vurğulanır. (AzərTAc)