“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
02:32 | 9 mart 2017 | Cümə axşamı
Məqaləyə 2737 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
Çempionlar Liqasının yayımlamaq tenderini yenidən araşdırır
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Qol.az-ın məlumatına görə, bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.
Əsas diqqətlər Barselonaya yönəlib. Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan «Barselona» bu dəfə rəqibi ilə «Nou Kamp»da qarşılaşıb. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışıb. «Barsa» ikinci hissənin əvvəlində 3:0 hesabı ilə önə keçsə də, Kavaninin qolu meydan sahiblərinin ümidinin üstündən xətt çəkib. Lakin görüşün sonluğu inanılmaz alınıb. Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə 2 qol vuran Luis Enrikenin komandası 6:1-lik fantastik qələbə qazanıb.
Günün digər qarşılaşmasında isə «Benfika» Dortmund «Borussiya»sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə «Benfika» 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən «Borussiya» mübarizəni davam etdirir.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
8 mart
«Barselona» (İspaniya) - PSJ (Fransa) 6:1
Qollar: Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1)
İlk oyun - 0:4
«Borussiya» (Dortmund, Almaniya) - «Benfika» (Portuqaliya) 4:0
Qollar: Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80
İlk oyun - 0:1
7 mart
«Arsenal» (İngiltərə) - «Bavariya» (Almaniya) - 1:5
İlk oyun - 1:5
«Napoli» (İtaliya) - «Real» (İspaniya) - 1:3
İlk oyun - 1:3
14 mart
23:45. «Yuventus» (İtaliya) - «Portu» (Portuqaliya)
İlk oyun - 2:0
23:45. «Lester» (İngiltərə) - «Sevilya» (İspaniya)
İlk oyun - 1:2
15 mart
23:45. «Monako» (Fransa) - «Mançester Siti» (İngiltərə)
İlk oyun - 3:5
23:45. «Atletiko» (İspaniya) - «Bayer Leverkuzen» (Almaniya)
İlk oyun - 4:2