
... Kriptovalyuta müsadirə olundu
Azərbaycanda ilk dəfə ...
Azərbaycanda ilk dəfə ...
... və anlaşılmaz vəziyyətlər
Texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i ifşa olunub
Azərbaycanlı “Vaqner”çilər həbs olundular
... Yaxud separatçının nazıyla oynamırlar
DTX ölkə xaricindəki əməliyyatları intensivləşir
Terror təşkilatı ilə əlaqədə təqsirləndirilən altı nəfər həbs olunub
Vətəndaş cəmiyyəti təmsilçisi DTX-da işə qəbul edilib
DTX və DSX birgə əməliyyat keçirib
... Texniki sübut, yoxsa siyasi şübhə?
“Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub”
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
Sabah aprelin 5-də Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərlərinin XIV iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə Kremldə görüşəcək.
Virtualaz.org «İnterfaks»a istinadən xəbər verir ki, Kremlin mətbuat xidməti MDB ölkələrinin kəşfiyyat cameələri arasında fəaliyyətin koordinasiyasının təkmilləşdirilməsinin beynəlxalq terror təhlükəsinin artdığı bir vaxtda mühüm əhəmiyyət daşıdığını bildirir.
MDB xüsusi xidmət rəhbərlərinin müşavirəsi bu gün aprelin 4-də Moskvada işə başlayıb. Müşavirədən sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin press-bürosunun rəhbəri Sergey İvanov bildirib ki, MDB üzvü olan ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri hər şeydən əvvəl terrorçuluqla mübarizədə əməkdaşlığı davam etdirməyə razılaşıblar.
«Yekun memorandumunda iştiraçılar çoxtərəfli əməkdaşlığı davam etdirmək niyyətini təsdiqləyiblər. MDB ölkələrinin həyati maraqlarına toxunan əsas təhdidlər qismində beynəlxalq terrorçuluq, dini və siyasi ekstremizm göstərilib», - İvanov deyib.
Moskvada keçirilən iclasda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Mədət Quliyev, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-mayor Orxan Sultanov, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, general Kutoyan, Belarus KQB-sinin sədri, general Vakulçik, Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin direktoru, general Bayjanov, Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri İnoyatov və digərləri iştirak ediblər.