
Urmiya gölü çölə çevrilərsə
Türk dünyasının bağrına sancılan duz xəncəri
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Əfsanə Seviginin sözlərinə görə, «Güney Azərbaycan və digər bölgələrdə yaşayan türklər üçün ən yaxşısı prezident seçkilərini boykot etməkdir. Amma İsveçdən Amerikanın Səsinə danışan türk fəal İslami Şəhər və Kənd Şuraları seçkiləri ilə bağlı eyni şəkildə düşünmür. O, Urmiyə, Zəncan, Qəzvin və Qoşaçay kimi şəhərlərdə türk namizədləri dəstəkləmək üçün seçkilərə qatılmağa üstünlük verir.
Əfsanə Sevigin eyni zamanda həm prezident, həm də şura seçkilərində qeydiyyata alınan namizədlərin tamamilə İslam Respublikasına bağlı olduğunu önə çəkərək qadın namizədlər ilə kişi namizədlər arasında fərq olmadığını deyir. O, səsvermədə qadın namizədlərə üstünlük verərək heç bir şeyin dəyişməyəcəyini ifadə edir.
Milli fəal prezident və şura seçkilərinin eyni gündə keçirilməsinin məqsədyönlü bir siyasət olduğunu bildirir.
«Prezident və şura seçkilərinin eyni gündə olması insanların zehnini qarışdırır. Prezident seçkilərində 1600 aday var idi. Bunlardan, bildiyimə görə, 137-si qadın idi və içlərində Güney Azərbaycandan da qadınlar var idi. Gətirib 6 namizədə çıxardılar... Bunların heç biri türk deyil və hamısı daha öncə hakimiyyətin sınağından keçmiş, yüzdə yüz öz adamlarıdır».
O əlavə edir, «Güney Azərbaycan və İranda yaşayan türklərə şəhər şuraları daha önəmlidir. Güney Azərbaycan əhalisi prezident seçkilərində təpkisini ortaya qoymaq üçün boykot etsə daha yaxşı olar. Amma şəhər şuralarına gəlincə, mən o qədər kəskin deyiləm... Bütün saxtakarlıqlara baxmayaraq şəhər şuralarında bizim təsirli namizədlərimiz varsa, qatılmaq və səs vermək yaxşıdır. Biz səs verməsək, digərləri səs verəcək və onların namizədləri çıxacaq.
Əfsanə Sevigin seçki kampaniyaları vasitəsilə ortaya çıxan nisbi yumşaq atmosferdən istifadə etməyin gərəkli olduğunu vurğulayır.
Onun dediyinə görə, «türklər hər bir fürsəti dəyərləndirməlidirlər. Ən kiçik fürsəti dəyərləndirib, öz sözümüzü və şərtlərimizi ortaya qoymalıyıq. İndi prezident və şura seçkilərində bərabər şərait altında seçkiyə gedilmir. Amma ona baxmayaraq yaranan bu boşluqdan istifadə edərək sözlərimiz və şərtlərimizi ortaya qoymalıyıq».