vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
CƏMİYYƏT  
13:56 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 3770 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... Vakansiyalar daha çoxdur»

Dövlət qulluğunda daha çox hansı kadrlara ehtiyac var?

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var. «Trend»in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə «Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

M.Abbaszadə əlavə edib ki, hazırda DİM-də dövlət qulluğu üzrə 1500-dən çox vakant yer var: «Kimsə fikirləşə bilər ki, dövlət qulluğunda yalnız hüquqşünas kimi ixtisaslar üzrə kadrlar tələb olunur. Lakin dövlət qulluğunda müxtəlif sahələr üzrə kadrlara ehtiyac var. İndi informasiya texnologiyaları üzrə vakansiyalar daha çoxdur. Bu vakansiyalar haqqında məlumatı bizim saytdan əldə etmək mümkün olacaq».

M.Abbaszadənin sözlərinə görə, dövlət qulluğuna qəbul 10 ildən çoxdur ki, müsabiqə yolu ilə aparılır: «Hazırda dövlət qulluğu vəzifəsini tutanların 6 mindən çoxu bu vəzifələri müsabiqə yolu ilə tutub».