
Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Rusiyada nə vaxtsa yumşalma mərhələsi başlayacaqmı?
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Dərmanlara 100, mebellərə 50 faiz gömrük rüsumu
ABŞ prezidenti, Rusiya məsələsinə görə hər tərəfdən təzyiq altında olan Donald Tramp gələn həftə nəhayət Vladimir Putinlə görüşəcək. Bu görüşün Almanyada, G20 sammiti çərçivəsində baş tutması gözlənilir.
Virtualaz.org xəbər verir ki, bununla əlaqədar olaraq «Komsomolskaya Pravda» Trampın tanışı və dostu, azərbaycanlı milyarder-oliqarx Araz Ağalarova zəng vurub.
- Araz İsgəndəroviç, Trampı yaxşı tanıyırsınız, necə adamdır?
- Mənimlə ünsiyyət ayrı məsələdir. Bu, yəqin ki, bir səviyyədir. Başqa məsələdir ki, indi o Rusiya Federasiyasının prezidenti ilə təmasda olacaq. Burada proqnozlaşdırmaq çətindir ki, o özünü necə aparacaq, nəyə hazırlaşır.
Belədə isə Donald Tramp kifayət qədər iti ağıla, yaxşı reaksiyaya malik olan adamdır. Ən azından o vaxt Moskvaya gələndə Rusiyaya münasibətdə yaxşı əhvalda idi. Bütün bu şaiyələrə baxmayaraq, hansı ki, KİV-lər hər tərəfdən onu əhatə edib, mən fikirləşirəm ki, o, mövqeyini dəyişməyib. Sadəcə olaraq onu hər tərəfdən sıxırlar ki, Rusiyaya münasibətdə sərt olmaq lazımdır. Və bu, situasiyaya öz izlərini buraxır...
Əgər xatırlayırsınızsa bu məsələ ilə bağlı biz sizinlə müsahibəmizdə demişdik...
- Hə, əlbəttə. Onda Tramp hələ seçki kampaniyasına təzə qatılmışdı...
- Mən onda təxmin etmişdim ki, o, manevr etməli olacaq. Prinsipcə necə demişdimsə elə də oldu.
- Siz o vaxt qeyd etmişdiniz ki, Trampın həsəd aparılacaq tərəfləri var, o, möhkəm adamdır, sınmır, müflis olub, ancaq yenidən ayağa qalxıb. O, həyatında çox şey görüb və heç nədən qorxmur. Doğrudurmu?
- Hə, elədir. Müflis olmaq istənilən biznesmen üçün ağır məsələdir. Trampın Putinlə görüşünə gəldiksə isə... Mən bu söhbətdən sonra kəskin dəyişiklik gözləmirəm. Bununla belə müsbət irəliləyişlər ola bilər.
- Biznesmenlər siyasətçi deyil. Onlar daha praqmatik adamlardır, elə deyilmi?
- Bizim gözləntilərimiz, hisslərimiz başqa. Digər tərəfdən...Siz görürsünüz ona hər tərəfdən təzyiqlər var....Orada hansısa təhqiqat gedir, hansısa cinayət işləri qaldırılır. Və o, bəhanə vermək istəmir ki, təzədən günahlandırsınlar ki, Tramp güzəştə getdi. Tramp mürəkkəb situasiyadadır. Bu bir tərəfdən. Digər tərəfdən bizimlə işləməyə tam anlayışı və arzusu var.
- Dediniz pozitiv irəliləyişlər ola bilər. Hansı mənada pozitiv? Donbass məsələsində, sanksiyaların götürülməsində?
- Mən burada hər hansı proqnozlar verə bilmərəm. Çünki orada Senat var, konqresmenlər var. Orada heç də hər şey sadə deyil.
- Sizin Vladimir Putinə arzularınız? Yeri gəlmişkən bu görüş ərəfəsində XİN-dən, Kremldən kimsə sizinlə əlaqə saxlayıbmı?
- Yox.
- Bəs sizi nümayəndə heyətinə daxil edə bilərlərmi?...
- Yox, hansı müşayiətdən söz gedə bilər? Onlar fikrimcə mənsiz də ayırd edəcəklər, dil tapacaqlar. Təcrübəli adamlardır. Hər şeyi bilirlər, başa düşürlər, hər hansı müşayiət olmadan. Sadəcə olaraq ABŞ və Rusiya anlaşsaydı hamıya yaxşı olardı. Yaşamaq da maraqlı və asan olardı...