vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:18 | 8 iyul 2017 | Şənbə Məqaləyə 391 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vasitəçilərin ləngimələrinə son qoymağın vaxtıdır»

Fransa siyasətçiləri Alxanlı şəhidlərinə görə prezident Makrona müraciət etdilər

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 4-də Fizuli rayonunun Alxanlı kəndində baş vermiş qanlı hadisələr dünyanın bütün qitələrində siyasi dairələr və ictimaiyyət tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Düşmən ölkənin diaspor təşkilatlarının xüsusilə güclü olduğu Fransada da media orqanları baş vermiş faciəni geniş şəkildə şərh etməkdə davam edir.

Fransa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin Modern.az-a verdiyi məlumata görə, bir qrup Fransa siyasətçiləri hadisədən hiddətləndiklərini ölkə mətbuatında ifadə etməklə yanaşı, həm də Fransa Respublikasının Prezidenti Emanuel Makrona müraciət ünvanlayıblar. Həmin müraciətin mətnini oxucularımızın diqqətinə təqdim edirik.

 

Fransa Respublikasının Prezidenti Cənab Emmanuel MAKRONa  


Paris 5 iyul 2017-ci il


Cənab Respublika Prezidenti,

Azərbycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun 25 ildən bəri Ermənistan tərəfindən işğal edilməsi beynəlxalq hüququn davamlı olaraq pozulmasıdır və dünyanın görməzliyə vurduğu bu münaqişənin qurbanı olan saysız-hesabsız mülki və hərbçi ailələrinin göz yaşlarının tökülməsinə səbəb olur.

Dünən də Ermənistandan gələn ölüm 2 yaşlı qızcığaz Zəhranın və onun nənəsinin həyatına son qoymuşdur. Bu hadisə aralarında yüzlərlə dəhşətli Xocalı soyqırımının və doğma torpaqlarının işğalı ilə nəticələnmiş əsil etnik təmizləmənin qurbanları olan, öz yurd-yuvaslndan qovulmuş bir milyon azərbaycanlı qaçqın və didərgini  bir daha yada salır.

Xüsusilə, yaşadığımız dünyanın narahatlığını nəzərə alaraq  ən qısa vaxtda bu münaqişənin ədalətli və dayanıqlı sülh ilə nəticələnməsi üçün yenidən danışıqlara başlanmalıdır, çünki Azərbaycanın təmkinli davranışı olmasa, bu Qafqaz münaqişəsi bütün regionu alova bürüyə bilər. 

Bildiyiniz kimi, münaqişənin həllinin fundamental əsasları Birləşmiş Millətlərin  Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində və eləcə də BMT-nin Baş Assambleyasının 62/243 (2008) saylı qətnaməsində müəyyənləşdirilmişdir və bu sənədlər işğalçı erməni qoşunlarının heç bir şərt qoymadan dərhal və bütünlüklə Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməsini tələb edir. Təəssüflər olsun ki, bu qətnamələr həyata keçirilmir.  

Durum aydındır, beynəlxalq ictimaiyyətin sərəncamında həm səsvermə ilə qəbul edilmiş qətnamələr, həm də  münaqişənin həlli yollarını aramaq missiyasını daşıyan Minsk Qrupu var. Azərbaycan torpaqlarının 20%-nin işğalına və bu son 25 ildə davam edən «status-kvo»ya son qoymağın zamanı gəlmişdir. Beynəlxalq hüquq hər yerdə tətbiq edilməlidir, çünki bu, regional və beynəlxalq təhlükəsizlik üçün çox mühüm bir məsələdir.

Mütləq və təcili şəkildə Fransa da daxil olmaqla, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət edilməsini Ermənistana qəbul etdirmək istiqamətində ən qısa zamanda hərəkətə keçməlidir.  

Fransa 1997-ci ildən etibarən Rusiya və Amerika Birləşmiş Ştataları ilə birgə Minsk Qrupunun həmsədridir. Onun tərəfdaşları strateji və ya taktiki səbəblərdən münaqişənin həllinə nail olmaq üçün imkanların səfərbər olunmasında maraqlı görünmürlər. 

Vasitəçilərin ləngimələrinə son qoymağın vaxtıdır və münaqişənin yenidən başlanması  yolverilməzdir. Məhz buna görə də, Cənab Respublika Prezidenti, Minsk Qrupunun həmsədri və Birləşmiş Millətlər Təşkilatı Təhşülkəsizlik Şurasının üzvü kimi, sizin daşıdığınız vəzifələrin öhdəliyinə uyğun olaraq dərhal hərəkətə keçməyinizi xahiş edirik.

Ölkəmizin Qafqazda hərəkət etmək imkanı var. Bizim Ermənistan və Azərbaycanla balanslaşdırılmış siyasi, iqtisadi və dostluq əlaqələrimiz var və bu əlaqələr imkan verir ki, müharibə edən tərəflər bizi eşitsinlər. Bunun üçün bizə, sadəcə, güclü siyasi istək lazımdır.

Fransanın bynəlxalq arenaya qayıdışının işarəti ilə başlayan yeni beşilliyin əvvəlində beynəlxalq hüquqa və insan həyatına hörmət edilməsini təmin etmək məqsədi ilə Fransanın Qafqazda təşəbbüs göstərməsi yerinə düşməzdimi?

Cənab Prezident,

Sizin reaksiya vermək və Qafqazda sülhün bərqərar olunması üçün hər cür ədalətli təşəbbüslər göstərmək istəyinizə inanaraq, ən yüksək ehtiramımızı qəbul etməyinizi rica edirik. 

 

Raşida DATİ
Keçmş Nazir, Avropa deputatı

Jan-Mari BOKEL
Keçmiş Nazir, Yuxarı Rin bölgəsindən senator

Jan-Pyer DOR
Luare bölgəsindən deputat

Jerom LAMBER
Şarant bölgəsindən deputat

Jan-Luk REYTZER
Yuxarı Rin bölgəsindən deputat

Andre VİLYE
Yon bölgəsindən deputat

Andre REYXART
Aşağı Rin bölgəsindən senator, Avropa İşləri Komissiyasının Vitse-Prezidenti, Fransa-Qafqaz Dostluq Qrupunun Azərbaycan üzrə Sədr müavini

Natali QULE
Orn bölgəsindən senator, Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr komissiyasının Vitse-Prezidenti,  Fransa-Qafqaz Dostluq Qrupunun Sədr müavini

Jerom BİNyON
Som bölgəsindən Senator

Erik DOLİJ
Luare bölgəsindən Senator 

Silvi QOY-ŞAVAN
En bölgəsindən Senator

Alən UPER
Kot-d`Or bölgəsindən Senator

Kristian NAMİ
Möz bölgəsindən Senator

Alən VASSEL
Uaz bölgəsindən Senator

Jan-Fransua MANSEL
«Azərbaycanln Dostları » Birliyinin Prezidenti,  sabiq deputat

İv ALBARELLO
Kley-Suyyini (Claye-Souilly) meri, sabiq deputat,

İv FULON
Arkaşonon şəhərinin meri, sabiq deputat

Jan-Mari TETAR
Sabiq deputat, Udan şəhərinin meri

Jorj FENEŞ
Sabiq deputat


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *