vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
14:43 | 10 iyul 2017 | Bazar ertəsi Məqaləyə 2983 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sistem çevik olmalıdır»

Məleykə Abbaszadə: «Pozuntu halları barədə Prezidentə məlumat veriləcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dövlət qulluğuna qəbul sistemi çevik olmalıdır. Hər bir gəncə istədiyi sahədə öz karyerasını qurmağa imkan verilməlidir. Daha çox istedadlı gəncləri bu sahəyə cəlb etmək bizim əsas məqsədimizdir».

«Trend»in məlumatına görə, bunu «Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi» mövzusunda konfransda çıxış edən Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən etik davranış qaydalarının düzgün tətbiqinin təmini və pozuntu hallarının aradan qaldırılması üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verərək bildirib ki, Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyəti mütəmadi öyrəniləcək, pozuntu halları müəyyən edildikdə həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcək: «Bununla yanaşı, pozuntu halları barədə Azərbaycan Prezidentinə məlumat veriləcək və təqdim olunacaq illik hesabata daxil ediləcək, pozuntuya yol vermiş məsul şəxslər inzibati məsuliyyətə cəlb ediləcək».