vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
11:01 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 422 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SAT - rüşvətlə alınmır

Qocaman alimdən Təhsil Nazirliyinə və DİM-ə mükəmməl imtahan sistemi təklifi

MÖVZU İLƏ ƏLAQƏLİ

  • «Duxun çatırsa…»

    Təhsil Nazirliyi kriminal jarqonla danışaraq jurnalisti hədələyən məktəb direktoru ilə bağlı qalmaqalı araşdırmağa başladı

  • Belələrinə də şans verilməlidir

    XXI əsrdə universitetlərinin pəncərələrindən səhərə qədər işıq gələn cəmiyyətlər irəli gedəcək

  • Testin ləğvi kimə sərf edir?

    DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir

  • Tələbə qəbulunda testi qoruyaq

    Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?

Tanınmış və nüfuzlu pedaqoq, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə sentyabrın 29-da – dünyaca şöhrətli Lütfi Zadənin dəfn olunduğu gün «Böyük alimin və böyük elmin dəfn günü» adlı etiraz yazısı ilə çıxış edib. Elm və təhsil dairələrində böyük hörmətlə qəbul edilən Ramin Mahmudzadə Azərbaycanda məktəblilərin informatika olimpiadası hərəkatını yaratmış adamdır, hazırda da bu sahəyə rəhbərlik edir, bioqrafiyası zəngin elmi-pedaqoji fəaliyyətlə əhatə olunub. Ramin Mahmudzadə – BDU-nun dosentidir, məktəblilərdən ibarət informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəridir və müxtəlif illərdə informatika sahəsi üzrə məsul vəzifələr tutub. Bakı «Bilik» Cəmiyyətinin nəzdində «İstehsalatda Riyazi üsullar» İctimai İnstitutunun rektoru (1985 – 1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999-2003), «Focal Point» UNESCO-nun Azərbaycanda rəhbəri (2002-2005) olub və hazırda Təhsil Nazirliyinin «İnformasiya Texnologiyaları Təhsildə» Metodiki Şurasının sədridir. 2005-ci ildə AR Prezidenti tərəfindən Şöhrət Ordeni ilə təltif olunub.

Yüksək ziyalılığı və xeyirxahlığı ilə tanınan bu müəllim repressiya olunmuş azərbaycanlı ailəsində doğulub, o, 1937-ci ildə Sibirə sürgün edilən və sürgündən sağ qayıtmayan məşhur şair Əli Nazimin oğludur.

Ramin müəllim yuxarıda adını çəkdiyimiz yazısında nəyə etiraz edir?

«Bu gün biz böyük alimimiz Lütfi Zadəni dəfn etdik. Onun tədqiqatları və nəzəriyyələri kompüter elmlərinin əsasında dayanır və ayrılmaz hissəsidir. Təəssüflər olsun ki, bizim bəzi yüksəl vəzifəli məmurlar və hətta alimlər onun işlərinin dərinliyini və gücünü qiymətləndirə bilmirlər… Onun dəfnində bütün hökumət üzvləri iştirak edirdi. Lakin onlar görmədilər ki, həmin gün böyük informatika alimi ilə bir yerdə Azərbaycanda Məktəbli İnformatikasını da dəfn etdik. Bu isə Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin bir səyləri ilə mümkün olmuşdur».

Yuxarıdakı sətirlərlə başlayan yazısında Ramin Mahmudzadənin etirazı riyaziyyat, tətbiqi riyaziyyat və kompüter elmləri, müxtəlif İT ixtisaslarına qəbul zamanı informatika fənninin salınmamasıdır. Bu iki qurumun ali məktəblərə qəbulla bağlı son zamanlar elan etdiyi dəyişiklər pedaqoq-alimdə hədsiz etiraz yaradıb.

Təbii ki, müxtəlif fikirlər ola bilər bu məsələyə münasibətdə. Kimlərsə deyə bilər ki, riyaziyyatdan imtahan varsa, informatikadan imtahana nə ehtiyac var. Amma informatikanı hətta riyaziyyatın bir hissəsi saysaq belə, o, kifayət qədər spesifik özləlliklərlə sahibdir, fərdi və toplumsal inkişaf üçündə xüsusi aktuallıq və perspektiv vəd edir. Ayrıca fəndir. Ayrıca ixtisasları əhatə edir.

İkinci məsələ odur ki, Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin (DİM) etdiyi dəyişiklik doğrudan da qəribədir. Ramin Mahmudzadə deyir ki, nə üçün riyaziyyat və İT ixtisasları üzrə qəbulda informatika olmadığı halda, kimya fənni salınıb. Doğrudan da, bu, hətta gülməlidir.

Ramin Mahmudzadə İT sahəsinin inkişaf və perspektivi nəzərə alıb, informatika fəninin qəbula salınmamasını Azərbaycan xalqına qarşı edilən günah sayır. Onun dediklərindəki həqiqət payı həddən artıq çoxdur.

Qəbul prosesini sadələşdirməyin tərəfdarı kimi deyirəm, Ramin müəllim, haqlıdır, məgər kimya fənnini bu qrup ixtisaslara salanlar dünyada gedən prosesləri izləmirlər? Bizim ölkədə bir məsələ həmişə unudulur. «Bütün dünyada qəbul prosesi sadələşir» deyənlər də vacib bir məqamın üstündən keçirlər. Bütün dünyada ali məktəblərə az fəndən imtahan verməklə, hətta imtahansız qəbul olunmaq ənənəsi trend təşkil etməyə başlasa da, ixtisas fənləri üzrə bacarıq və üstünlükləri nəzərə almaq şərt olaraq qalır.

Təsəvvür edin, rəssamlıq və musiqi ixtisası ayrıca bacarıq imtahanları var, məcburidir. Amma digər ixtisaslara üzrə bacarıqları öyrənmək məcbur olmasa da, onları bir üstünlük kimi göstərmək imkanı da qalmalıdır.

Bunun ən yaxşı nümunəsi ABŞ universitetlərinə qəbul zamanı istifadə edilən SAT (Scholastic Aptitude Test –Təhsil Yetənək Testi) imtahan sistemidir. SAT-1 hamı üçün eynidir – ingilis dili və riyaziyyat imtahanıdır. Sadə həll. Möhtəşəm həll. ABŞ universitetlərini irəli aparan test imtahanı. Lakin SAT-2 də var. Sən artıq ayrı-ayrı fənlərdən imtahana da girib, onun ballarını da universitetə tətbiq edə bilirsən, göstərirsən ki, mən baza fənlərindən başqa filan fənlərdən də belə yüksək performansa sahibəm, mənim uyğunluğumu nəzərə al!

Deməli, Ramin müəllim haqlıdır. Hətta müdrik yanaşma sərgiləyir. Əgər biz qəbulda sadələşdirməni əsas götürmürüksə, qəbul qrupuna uyğun fəndən imtahan salmırıqsa, kimyanı niyə salırıq həmin qrupa? Kimyanı salırıqsa, böyük gələcəyi, faydası olan informatikanı niyə unuduruq?

Ümumiyyətlə, İT sahəsində xüsusi qabiliyyəti və həvəsi olan gənclər bunu necə göstərsin ali məktəblərə? Həm də ən yaxşı bal toplayanların həmin ixtisasları seçmədiyi bir ölkədə….

Son günlərdə bir dərslikdəki səhvlə bağlı yaranan müzakirələrdə Təhsil Nazirliyi indiyədək görmədiyimiz bir cəhət nümayiş etdirdi. Səhvi etiraf etdi, problemlə bağlı müzakirələrə hazır olduğunu söylədi. Qocaman müəllimi dinləmək, qaldırdığı məsələni niyə müzakirə etməsinlər? Adamın heç bir şəxsi marağı yoxdur, sözün həqiqi mənasında günü keçmiş bir qocadır və yalnız ölkəsini düşünüb yazır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *